Mobil versiya
Ankara: Ermənistanla normallaşma Bakı ilə tam koordinasiya əsasında davam edəcək
Tarix: 15-07-2026 | Saat: 20:52
Bölmə:Özəl | çapa göndər

Ankara: Ermənistanla normallaşma Bakı ilə tam koordinasiya əsasında davam edəcək



Türkiyənin Xarici İşlər Nazirliyinin 2026-cı il üzrə Fəaliyyət Proqramında Cənubi Qafqazda davamlı sülhün təmin olunmasının ölkənin əsas xarici siyasət prioritetlərindən biri olduğu vurğulanıb.
Sənəddə bildirilir ki, Ankara Ermənistanla münasibətlərin normallaşdırılması prosesini Azərbaycanla tam koordinasiya şəraitində davam etdirəcək və Bakı ilə strateji müttəfiqliyə xüsusi önəm verməyə davam edəcək. Türkiyə, eyni zamanda, Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarını dəstəklədiyini bir daha bəyan edib.
Proqramda qeyd olunur ki, regionda uzunmüddətli təhlükəsizlik, iqtisadi inkişaf və sabitliyin təmin olunması üçün əməkdaşlıq və qarşılıqlı etimadın gücləndirilməsi vacibdir. Bu baxımdan Türkiyə Ermənistanla normallaşma və Azərbaycan-Ermənistan sülh proseslərinin bir-birini tamamlayan istiqamətlər kimi irəliləməsini dəstəkləyir.
Sənəddə Azərbaycanla münasibətlər ayrıca istiqamət kimi təqdim olunur. Bildirilir ki, ortaq tarix, dil və qardaşlıq əlaqələrinə əsaslanan strateji tərəfdaşlıq gələcək dövrdə daha da dərinləşdiriləcək və bu əməkdaşlıq Cənubi Qafqazda sülhün möhkəmlənməsinə xidmət edəcək.
Bununla yanaşı, Türkiyə xarici siyasətdə müstəqil və çoxşaxəli diplomatiya kursunu davam etdirəcəyini, regional münaqişələrin dialoq yolu ilə həllini dəstəkləyəcəyini və vasitəçilik təşəbbüslərini gələcəkdə də davam etdirəcəyini bəyan edib.
Fəaliyyət proqramında həmçinin iqtisadi diplomatiyanın genişləndirilməsi, Orta Dəhliz və digər beynəlxalq nəqliyyat layihələrinin inkişafı, enerji marşrutlarının şaxələndirilməsi, NATO və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi Türkiyənin əsas prioritetləri sırasında göstərilir.
Nazir Hakan Fidan proqramın ön sözündə vurğulayıb ki, Ankara qarşıdakı dövrdə də beynəlxalq münasibətlərdə sülhün, sabitliyin və ədalətin təşviqi istiqamətində fəal rol oynamaqda davam edəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-07-2026