Rəsmi səfər dövlətlərarası münasibətlərdə qarşılıqlı etimadın təsdiqidir
Tarix: 15-07-2026 | Saat: 21:07
Bölmə:Siyasət | çapa göndər

Dünyəvi siyasət həm də dövlətlərarası münasibətlərlə tənzimlənir. Qarşılıqlı inama, qarşılıqlı etimada, ehtirama əsaslanan belə münasibətlər təkcə həmin iki dövlətin marağı ilə məhdudlaşmır. Qlobal problemlərin həllində də əhəmiyyətli olur, əmin-amanlığın da, iqtisadi münasibətlərin də, iqtisadi inkişafın da. Azərbaycanın dünyanın əksər dövlətləri ilə siyasi, iqtisadi, mədəni sahələri əhatə edən ikitərəfli münasibətləri həmişə ehtiramla qarşılanıb…
Bu və ya digər dövlət başçısının Azərbaycana rəsmi səfəri ikitərəfli dialoq formatında dünyəvi siyasətin tərkib hissəsi olur. İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşada verdiyi bəyanatda belə dinamik əlaqələrin inkişafının Azərbaycanın da, Slovakiyanın da niyyətinin mahiyyətinin göstəricisi olduğunu, belə fəal siyasi təmasların və birgə layihələrin icra olunmasının güclü siyasi iradə tələb etdiyini, bu münasibətlərin uğurla inkişaf edəcəyinə inandığını bildirərək xatırlatdı ki, Azərbaycan xarici siyasəti sülhə söykənən bütün dövlətlərlə ikitərəfli siyasi əlaqələrin daha da möhkəmləndirilməsinin tərəfdarıdır və bu mövqeyinə həmişə sadiq qalacaqdır. Bu baxımdan Slovakiya ilə əlaqələr də siyasi etimad müstəvisində artmaqdadır. 2024-cü ildə Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyənnamə imzalanıb. Azərbaycan da, Slovakiya da bu Bəyannaməyə sədaqətlidir. Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin zamanında parlamentin sədri kimi, sonra Baş nazir kimi səfər etdiyini də xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyanatında dedi: “Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir və biz bu gün cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Orada Slovakiya şirkəti “Ağıllı kənd” layihəsini icra edir və bu layihə ilə tanış olacağıq. Bu dəstəyə və Qarabağın bərpasına verdiyiniz töhfəyə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Müzakirə edilən məsələlər arasında, təbii ki, ənənəvi məsələlər üstünlük təşkil edirdi. İqtisadi-ticari əlaqələr, energetika sahəsində, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr prioritet təşkil edir. Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr aparılmışdır. Nümayəndə heyətlərinin üzvləri də bu gün və sabah - daim təmasdadırlar…”…
Hər rəsmi səfər dövlətlərarası münasibətlərdə qarşılıqlı etimadın təsdiqidir. Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri Azərbaycanla Slovakiya arasında ikitərəfli münasibətlərin daha da genişləndiyini tarixləşdirən səfər oldu…
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-07-2026
16:41 Əraqçi Qətərə getdi