Azərbaycanda ilk dəfə buğdadan çox arpa yığıldı
Tarix: 11-08-2026 | Saat: 14:00
Bölmə:İqtisadiyyat | çapa göndər

2026-cı il avqustun 3-nə olan operativ məlumata görə, Azərbaycanda payızlıq və yazlıq dənli və dənli-paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 994,9 min hektar sahənin 925,1 min hektarı, yəni 93,0 faizi biçilib.
aia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər veror ki, sahələrdən 3 milyon 131,9 min ton məhsul toplanıb.
Hər hektardan orta məhsuldarlıq 33,9 sentner təşkil edib. Yığılmış məhsulun 1 milyon 534,8 min tonu (49,0 faizi) buğdanın, 1 milyon 561,2 min tonu (49,9 faizi) arpanın, 35,9 min tonu (1,1 faizi) digər dənli və dənli-paxlalı bitkilərin payına düşüb. Beləliklə, Azərbaycand ilk dəfə olaraq arpa istehsalı buğda istehsalını üstələyib.
Ötən ilin müvafiq tarixi (2025-ci il avqustun 5-i) ilə müqayisədə ümumi məhsul yığımı 6,2 faiz, o cümlədən arpa üzrə 15,9 faiz çox, buğda üzrə isə 2,1 faiz azdır. Komitə buğda üzrə yığımın nisbətən az olmasını bu tarixə biçilmiş sahənin (420,7 min hektar) ötən illə müqayisədə azalması (2025-ci ildə 466,9 min hektar) ilə izah edir, hər hektardan məhsuldarlığın 33,6 sentnerdən 36,5 sentnerə yüksəldiyini bəyan edir. Biçin sahəsinin az olmasının səbəbi isə ölkədə buğda əkinlərinin azalması ilə bağlıdır.
Komitənin məlumatına görə, respublikanın 13 şəhər və rayonunda biçin tam başa çatıb, digər 30 rayonda isə nəzərdə tutulan sahənin 90 faizdən çoxu biçilib. Ən çox məhsul Cəlilabad (298,8 min ton), Şəki (186,7 min ton), Ağcabədi (167,2 min ton), Füzuli (141,1 min ton), Kürdəmir (127,5 min ton) və Neftçala (109,6 min ton) rayonlarında yığılıb. Ən yüksək məhsuldarlıq Ağcabədi (hər hektardan 45,5 sentner), Tovuz (45,3), Bərdə (45,2) və Sabirabad (43,9) rayonlarında qeydə alınıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-08-2026