Mobil versiya
Həmin sənədləri də “myGov”dan əldə etmək olacaq
Tarix: 11-08-2026 | Saat: 16:04
Bölmə:Ölkə | çapa göndər

Həmin sənədləri də “myGov”dan əldə etmək olacaq


Təhsil haqqında dövlət nümunəli sənədlər artıq “myGov” platformasında əlçatandır.

“aia.az” xəbər verir ki, 2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini “myGov” (web) - “Təhsil məlumatlarım” - “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.

Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.

Yaxın günlərdə elektron təhsil sənədləri “myGov” mobil tətbiqində də əlçatan olacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-08-2026