Mobil versiya
MİQ nəticələri ilə bağlı narazılıqlar artır - Namizədlərin gördüyü balla rəsmi nəticə niyə fərqlənir?
Tarix: 11-08-2026 | Saat: 16:27
Bölmə:Manşet / Özəl / Təhsil | çapa göndər

MİQ nəticələri ilə bağlı narazılıqlar artır

Müəllimlərin işə qəbulu (MİQ) imtahanının nəticələri ilə bağlı sosial şəbəkələrdə narazılıqlar səsləndirilir. Bir sıra namizədlər imtahanı başa vurduqdan sonra kompüter ekranında gördükləri balla sonradan şəxsi kabinetlərində açıqlanan rəsmi nəticə arasında fərq olduğunu iddia edirlər.

aia.az xəbər verir ki, namizədlərin sözlərinə görə, imtahanın sonunda ekranda əks olunan nəticə ilə şəxsi kabinetdə göstərilən balın fərqli olması suallar yaradıb. Bu iddialar nəticələrin hesablanması və açıqlanması prosesinin şəffaflığı ilə bağlı müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun xəbər portalı olaraq Müəllimlərin İşə Qəbulu prosesi üzrə aidiyyəti quruma sorğu ünvanladıq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) sorğumuza cavab olaraq bildirilib ki, sözügedən iddiaların araşdırılması üçün konkret faktların təqdim olunmasına ehtiyac var.

Qurumdan bildirilib ki, iddianı irəli sürən şəxslərin ad və soyadlarının təqdim edilməsi mümkündürsə, bunun aidiyyəti qurumla paylaşılması məqsədəuyğundur.

MÜTDA-dan, həmçinin, qeyd olunub ki, yaxın zamanda Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən də MİQ imtahanının nəticələri ilə bağlı məlumat yayımlanıb.

Beləliklə, sosial şəbəkələrdə səsləndirilən iddiaların konkret faktlar əsasında araşdırılması mümkündür. Bunun üçün nəticəsinin ekranda göstərilən balla şəxsi kabinetdəki rəsmi nəticə arasında fərqləndiyini bildirən namizədlərin konkret məlumatlarının aidiyyəti quruma təqdim edilməsi tələb olunur.

Qeyd edək ki, MİQ imtahanında nəticələrin hesablanması ilə bağlı hər hansı uyğunsuzluq olduğunu düşünən namizədlərin müraciət və etiraz imkanları da mövcuddur. Bu baxımdan, iddiaların sosial şəbəkə paylaşımlarından daha çox konkret faktlar və sənədlər əsasında araşdırılması məsələyə aydınlıq gətirə bilər.

Aysel Timur
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-08-2026