Tehrandan diplomatik ŞOK: “Biz həm şahmat, həm də poker oynayırıq”
Tarix: 24-08-2026 | Saat: 21:44
Bölmə:Özəl | çapa göndər

İran beynəlxalq siyasətdə uzun illər tətbiq etdiyi ənənəvi strategiya ilə yanaşı, son dövrlərdə daha fərqli və çevik taktikalardan istifadə etməyə başladığını bəyan edib.
Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Baqai həftəlik brifinq zamanı danışıb.
Baqai Tehranın xarici siyasət strategiyasını maraqlı bənzətmə ilə izah edib:
“Biz uzun müddət şahmatçı olmuşuq. Son illərdə eyni zamanda poker oyunçusuna çevrilmişik, bir müddətdir isə hər iki oyunun kombinasiyasını oynayırıq”.
İran rəsmisinin “şahmat və poker” bənzətməsi Tehranın diplomatiyada yalnız uzunmüddətli və əvvəlcədən hesablanmış addımlara deyil, eyni zamanda risk, qeyri-müəyyənlik və qarşı tərəfin reaksiyasını hesablamağa əsaslanan taktikalara da üstünlük verdiyinə dair siyasi mesaj kimi şərh olunur.
Açıqlama İran ətrafında beynəlxalq gərginliyin yüksək olduğu, Tehrana qarşı yeni iqtisadi təzyiqlərin müzakirə edildiyi bir dövrdə səsləndirilib.
Baqainin sözləri eyni zamanda İranın qarşıdakı mərhələdə xarici siyasətdə manevr imkanlarını qorumağa çalışacağına işarə edir. “Şahmat” uzunmüddətli strateji hesablamaları ifadə edirsə, “poker” bənzətməsi risk götürmək, rəqibin niyyətini oxumaq və müəyyən məqamda öz imkanlarını tam nümayiş etdirməmək kimi yozula bilər.
Beləliklə, Tehrandan verilən son mesaj İranın diplomatik və geosiyasi qarşıdurmalarda yalnız bir strategiyaya bağlı qalmaq niyyətində olmadığını göstərir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-08-2026