Mobil versiya
ABŞ Suriyanı həmin siyahıdan çıxardı
Tarix: 24-08-2026 | Saat: 23:33
Bölmə:Dünya | çapa göndər

ABŞ Suriyanı həmin siyahıdan çıxardı


ABŞ Suriyanı terrora sponsorluq edən dövlətlər siyahısından çıxarıb.

“aia.az” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rəsmi bəyanatda bildirilir ki, ABŞ Dövlət Departamenti tərəfindən atılan bu addım Suriyada siyasi və iqtisadi sabitliyin bərpası üçün ölkəyə əlavə xarici investisiyaların cəlb edilməsinə kömək edəcək.

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio da Vaşinqtonun Suriyanın sanksiya statusunu ləğv edəcəyini bəyan etmişdi. Diplomat vurğulamışdı ki, məhdudiyyətlərin götürülməsi Yaxın Şərq ölkəsinin beynəlxalq ticarətə və sərmayələrə çıxışını açacaq, həmçinin xalqın tarixində yeni bir səhifə açaraq ölkənin bərpasına imkan yaradacaq.

Xatırladaq ki, 2024-cü il dekabrın 8-də Bəşər Əsəd hakimiyyətdən devrilərək ölkəni tərk edib. 2025-ci il yanvarın 29-da isə Əhməd əş-Şaraa keçid dövrü üçün Suriyanın prezidenti təyin edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-08-2026