Mobil versiya
Tramp “Çox ciddi sağlamlıq problemlərim var” dedi, sonra zarafat etdiyini açıqladı
Tarix: 16-10-2026 | Saat: 20:41
Bölmə:Özəl | çapa göndər

Tramp “Çox ciddi sağlamlıq problemlərim var” dedi, sonra zarafat etdiyini açıqladı



ABŞ Prezidenti Donald Tramp Ağ Evin həyətində jurnalistlərlə söhbəti zamanı səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib. O, ciddi sağlamlıq problemlərinin olduğunu söyləsə də, daha sonra bu sözləri zarafatla dediyini bildirib.

Tramp siqaret çəkmədiyini, spirtli içki və narkotik vasitələrdən istifadə etmədiyini vurğulayaraq özünü bu baxımdan şanslı hesab etdiyini deyib.

“Çox ciddi sağlamlıq problemlərim var, amma bunlar onların arasında deyil. Siyahıma əlavə etmək istəmirəm”, – deyə ABŞ Prezidenti bildirib.

Daha sonra Tramp jurnalistlərin bu sözlərə necə reaksiya verəcəyini zarafatla təsvir edib:

“İndi mətbuat soruşacaq ki, onun hansı problemləri var? Heç bir problemim yoxdur. Sadəcə jurnalistlərlə zarafat etdim”.

80 yaşlı Amerika lideri spirtli içki və digər zərərli vərdişlərdən uzaq durmağın əhəmiyyətindən də danışıb. O, bəzi dostlarının alkoqol asılılığından əziyyət çəkdiyini qeyd edib.

Xatırladaq ki, may ayında açıqlanan tibbi müayinənin nəticələrində Trampın sağlamlıq vəziyyəti müsbət qiymətləndirilib.

Prezidentin son açıqlamasında isə hər hansı yeni xəstəlik və ya diaqnoz barədə məlumat verilməyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-10-2026