Mobil versiya
Gürcüstandan ciddi xəbərdarlıq: “Dövlət suverenliyi üçün böyük təhlükədir”
Tarix: 16-10-2026 | Saat: 21:18
Bölmə:Özəl | çapa göndər

Gürcüstandan ciddi xəbərdarlıq: “Dövlət suverenliyi üçün böyük təhlükədir”




Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili xarici müdaxilə və gizli maliyyələşdirmənin dövlətlərin suverenliyi və demokratik institutları üçün ciddi risklər yaratdığını bildirib.

O, bu barədə Romada keçirilən Avropa Şurasına üzv ölkələrin parlament sədrlərinin konfransında çıxışı zamanı danışıb.

Papuaşvilinin sözlərinə görə, xaricdən daxil olan maliyyə vəsaitlərinin şəffaflığı demokratik prinsiplərin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

“Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır”, – deyə parlament sədri vurğulayıb.

O bildirib ki, dezinformasiya, kiberhücumlar və xarici müdaxilə bir-biri ilə əlaqəli təhlükələrdir. Gürcüstanda keçirilmiş seçkilərə toxunan Papuaşvili seçki pozuntuları ilə bağlı bəzi iddiaların cəmiyyətdə qütbləşməni gücləndirdiyini söyləyib.

Parlament sədri Avstraliya, Kanada, Fransa, Böyük Britaniya və ABŞ kimi ölkələrdə xarici maliyyələşdirmənin şəffaflığı ilə bağlı qanunvericilik tədbirlərini də xatırladıb.

“Suverenliyə hörmət edən, xarici müdaxilənin və maliyyələşdirmənin şəffaflığını təmin edən, hesabatlılıq prinsiplərinə əsaslanan beynəlxalq standart yaratmağın vaxtı çatıb”, – deyə Şalva Papuaşvili bildirib.

Onun fikrincə, belə bir beynəlxalq mexanizm dövlətlərin siyasi proseslərinə xarici təsirin müəyyənləşdirilməsinə və maliyyə axınları üzərində şəffaflığın artırılmasına xidmət edə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-10-2026