Şuşada “Qarabağ Azərbaycandır!” deyən rusiyalı siyasətçi vəzifəsini itirdi
Tarix: 16-10-2026 | Saat: 19:19
Bölmə:Özəl | çapa göndər

Rusiya Dövlət Dumasında diqqətçəkən kadr dəyişikliyi baş verib. Liberal Demokrat Partiyasının (LDPR) sədri Leonid Slutski parlamentin beynəlxalq məsələlər komitəsinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə Pyotr Tolstoyun gətirildiyi bildirilir.
“Meduza” nəşrinin məlumatına görə, vəzifəsini itirən Slutski komitə sədrinə məxsus tarixi Troekurov palatalarındakı kabineti boşaltmaqdan imtina edib. Bu isə parlament daxilində yeni qarşıdurmaya səbəb olub.
Leonid Slutski Azərbaycanda, xüsusilə Qarabağla bağlı açıqlamaları ilə tanınır. O, 2024-cü il sentyabrın 29-da Şuşaya səfəri zamanı “Qarabağ Azərbaycandır!” bəyanatını səsləndirib.
Rusiyalı siyasətçi həmin səfərdə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini yüksək qiymətləndirib, yeni infrastruktur layihələrinin bölgənin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Slutski 2025-ci ilin aprelində verdiyi müsahibədə də Qarabağın Azərbaycana məxsus olduğunu bildirib. O, Ermənistanın hərbi yolla Qarabağı geri qaytarmaq ümidlərinin əsassız olduğunu söyləyib və iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini qeyd edib.
“Meduza”nın mənbələri isə Slutskinin komitə rəhbərliyindən uzaqlaşdırılmasını Kremlə yaxın siyasi dairələrlə yaranmış fikir ayrılıqları ilə əlaqələndirirlər. İddialara görə, 2026-cı il seçki kampaniyası zamanı onunla Rusiya Prezident Administrasiyasının siyasi bloku arasında müəyyən gərginlik yaşanıb.
Bununla belə, Slutskinin vəzifədən uzaqlaşdırılmasının Qarabağla bağlı açıqlamaları ilə əlaqəli olduğunu təsdiqləyən məlumat yoxdur.
Leonid Slutski hazırda Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin üzvü olaraq qalır və LDPR fraksiyasına rəhbərlik edir. Onun yeni komitə sədri ilə kabinet və aparat məsələləri ətrafında yaranmış mübahisəsinin necə nəticələnəcəyi isə hələlik məlum deyil.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-10-2026