Şəmkirdə Prezident İlham Əliyevin ilk dəfə prezident seçilməsinə həsr olunmuş tədbir keçirildi -Fotolar
Tarix: 16-10-2026 | Saat: 18:48
Bölmə:Ölkə | çapa göndər

15 oktyabr tarixində Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının və Şəmkir Şəmkir Mədəniyyət Sektorunun birgə təşkilatçılığı ilə Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyində Prezident İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə rayon rəhbərliyinin nümayəndələri, Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının təmsilçiləri, ziyalılar və məktəblilər iştirak ediblər.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların, ölkənin davamlı inkişafının və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun uğurla davam etdirilməsinin Azərbaycanın bugünkü inkişafında mühüm rol oynadığı qeyd edilib.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlərdən, ölkənin siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi uğurlardan bəhs edib. Bildirilib ki, həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, dövlətçiliyin inkişafına və milli maraqların qorunmasına mühüm töhfələr verib.
Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Pərviz İbrahimli və Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyinin tarix müəllimi Günel Rzayeva da çıxışlarında müstəqilliyin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və dövlətçilik ənənələrinin yaşadılmasının əhəmiyyətindən danışıblar.
Tədbirin sonunda məktəblilərin hazırladıqları bədii kompozisiya nümayiş etdirilib, daha sonra Prezident İlham Əliyevin həyat və fəaliyyətinə, eləcə də Azərbaycanın inkişaf yoluna həsr olunmuş sənədli filmə baxış keçirilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-10-2026