Mobil versiya
Ukrayna kapitulyasiya edəcək? – Zelenskinin komandasından kritik açıqlama
Tarix: 16-10-2026 | Saat: 21:48
Bölmə:Özəl | çapa göndər

Ukrayna kapitulyasiya edəcək? – Zelenskinin komandasından kritik açıqlama




ABŞ Prezidenti Donald Trampın son bəyanatları və Vaşinqtonun Rusiya ilə bağlı mövqeyi fonunda Ukraynanın kapitulyasiya edə biləcəyi barədə iddialar gündəmə gəlib. Lakin Kiyevdən bu ehtimalları rədd edən açıqlama verilib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın çevrəsindən olan mənbə “RBC-Ukraine” agentliyinə bildirib ki, ABŞ-nin mövqeyindən asılı olmayaraq, Ukrayna təslim olmaq niyyətində deyil.

“Bu, tamamilə cəfəngiyyatdır. Onlara bunu kimin dediyini bilmirəm”, – deyə mənbə vurğulayıb.

Açıqlama “The Atlantic” nəşrində dərc olunan məqaləyə cavab olaraq səsləndirilib. Jurnalist Saymon Şuster yazısında Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında olduğu iddia edilən “dizel sövdələşməsi”nin Kiyevdə müharibənin gedişi ilə bağlı narahatlıqları artırdığını qeyd edib.

Məqalədə adı açıqlanmayan ukraynalı məmura istinadən bildirilir ki, ABŞ Rusiyanın mövqeyini dəstəkləyərsə, Ukrayna hərbi strategiyasını yenidən nəzərdən keçirmək məcburiyyətində qala bilər.

Həmin mənbə Rusiyanın iqtisadi çətinliklər səbəbindən yaxın zamanda çökməyəcəyini və bu reallığın Ukraynanın gələcək qərarlarına təsir göstərə biləcəyini söyləyib.

Bununla belə, Zelenskinin ətrafından verilən son açıqlama Kiyevin kapitulyasiya ssenarisini qəbul etmədiyini göstərir. ABŞ ilə Rusiya arasında iddia olunan razılaşmanın mövcudluğu isə təqdim olunan məlumatlarla təsdiqlənmir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-10-2026