Mobil versiya
“Tramp marşrutu” ilə bağlı İrandan Ermənistana mesaj – Əraqçi danışdı
Tarix: 16-10-2026 | Saat: 22:14
Bölmə:Özəl | çapa göndər

“Tramp marşrutu” ilə bağlı İrandan Ermənistana mesaj – Əraqçi danışdı



İranın xarici işlər naziri Abbas Əraqçi Zəngəzur dəhlizi çərçivəsində nəzərdə tutulan “Tramp marşrutu” (TRIPP) layihəsi ilə bağlı Tehranın mövqeyini açıqlayıb.

Nazir İrəvanda keçirilən COP17 tədbiri çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, İran Ermənistanla sıx əlaqələrini və təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrini davam etdirir.

“Biz əminik ki, Ermənistan İranın təhlükəsizliyinə təhdid yaradacaq heç bir addım atmayacaq”, – deyə Əraqçi vurğulayıb.

İranın xarici işlər naziri iki ölkə arasında yüksək səviyyəli siyasi təmasların intensivləşdiyini də diqqətə çatdırıb.

Onun sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkian son iki həftə ərzində ikinci dəfə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Əraqçi bildirib ki, Tehran TRIPP layihəsi və regional təhlükəsizliklə bağlı məsələləri Ermənistan rəhbərliyi ilə müzakirə etməkdə davam edir.

Nazirin açıqlaması İranın yeni nəqliyyat marşrutuna münasibətdə təhlükəsizlik maraqlarını ön planda saxladığını göstərir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-10-2026