Mobil versiya
Zelenskidən Rusiyaya gözlənilməz güzəşt – 100 günlük razılaşmaya hazırdır
Tarix: 17-10-2026 | Saat: 00:02
Bölmə:Dünya | çapa göndər

Zelenskidən Rusiyaya gözlənilməz güzəşt – 100 günlük razılaşmaya hazırdır


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələri 100 gün müddətinə dayandırmağa hazırdır.

aia.az xəbər verir ki, bunun müqabilində Kiyev ABŞ-dən mühüm hərbi və texnoloji dəstək gözləyir.

Amerikanın nüfuzlu The Wall Street Journal nəşrinin yazdığına görə, ötən həftə Kiyevə səfər edən respublikaçı senatorlar Rocer Uiker və Kevin Kramer Ukrayna Prezidentinə xüsusi razılaşma təklif ediblər.

Təklifə əsasən, Ukrayna Rusiyanın enerji infrastrukturuna, xüsusilə neft emalı zavodlarına hücumları 100 gün müddətinə dayandırmalıdır. Bunun qarşılığında Starlink peyk rabitə sisteminin tam fəaliyyəti bərpa edilməli və Ukraynaya Rusiyanın raket buraxılış meydançaları barədə kəşfiyyat məlumatları təqdim olunmalıdır.

The Wall Street Journal mövzu ilə bağlı məqaləsini “Zelenski Starlink üzrə razılaşmaya hazırdır” başlığı ilə dərc edib.

Məqalədə bildirilir ki, Ukrayna tərəfi Starlink sisteminin fəaliyyətinin bu həftə müvəqqəti zəifləməsindən ciddi narahatlıq keçirir.

Kiyevdə bunun ABŞ Prezidenti Donald Trampın Ukraynanı Rusiya Prezidenti Vladimir Putin qarşısında alçaldıcı kapitulyasiyaya məcbur etmək cəhdinin tərkib hissəsi ola biləcəyindən ehtiyatlanırlar.

Nəşr qeyd edir ki, Tramp həqiqətən Rusiya ilə Ukrayna arasında atəşkəs perspektivlərini yenidən canlandırmaq istəyirsə, respublikaçı senatorların Kiyevdə irəli sürdükləri razılaşmanı dəstəkləməlidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-10-2026