Mobil versiya
Azərbaycan qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışır
Tarix: 10-09-2024 | Saat: 17:21
Bölmə:Özəl | çapa göndər

Azərbaycan qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışır

Azərbaycan və İtaliya bir çox sahələri əhatə edən və strateji tərəfdaşlığa çevrilən tarixi, mükəmməl ikitərəfli münasibətlərə malikdir. 4 sentyabr tarixində Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə bu dost ölkəyə işgüzar səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyev öncə İtaliya Prezidenti Sercio Mattarella ilə, daha sonra isə İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüş keçirib. Sentyabrın 5-də Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorcia Meloninin iştirakı ilə mübadiləsi mərasimi olub.
6 sentyabr tarixində dövlətimizin başçısı “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş 50-ci Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib. Prezident çıxışına uzun illər ərzində Azərbaycan və İtaliya arasında yüksələn xətlə inkişaf edən strateji tərəfdaşlıqdan bəhs edərək başlayıb. Dövlət başçısı xüsusilə enerji və iqtisadi sahələrdə əməkdaşlığın dərinləşdiyini, iki ölkə arasında imzalanmış sazişlər nəticəsində ticarət dövriyyəsi və iqtisadi əlaqələrin gücləndiyini, yüksək səviyyəli siyasi təmaslarda bu əməkdaşlığın siyasi zəmini möhkəmləndirdiyini vurğulayıb. Biz qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışırıq. Hər kəsə məlumdur ki, iqlim mövzusu ölkələri və xalqları ayıran bir mövzudur. Qarşılıqlı iddialar və ittihamlar var – kim planetimizə xələl gətirməkdə daha çox günahkardır, kim daha çox ödəməlidir və sair. Yəni, beynəlxalq arenada qlobal aktor olmasaq belə, zənnimcə qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür.Çernobbio Forumunda Prezident İlham Əliyev onu da vurğuladı ki, Azərbaycan qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışır. Qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür. Hər kəsə məlumdur ki, iqlim mövzusu ölkələri və xalqları ayıran bir mövzudur. 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il sədrliyi onu nümayiş etdirir ki, Azərbaycan yaxşı nəticə hasil edə biləcək ölkədir. Bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlıq əlaqəsi mövcuddur. Avropa İttifaqının 10 üzvü rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycan iki aydan sonra ən böyük iqlim konfransına – COP29-a ev sahibliyi edəcək. Bununla bağlı qərar ötən ilin dekabrında verildi və ölkəmizin hazırlıq üçün bir ildən az vaxtı var idi. Burada ən vacib məqam ondan ibarətdir ki, qərar 200-ə yaxın ölkə arasında konsensusa əsaslanırdı.
Azərbaycan Prezidentinin İtaliyaya səfərinin qlobal və regionlararası münasibətlərin kritik dönənimdə baş tutması dünyanın diqqətini cəlb edib. Həmçinin Prezident İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunda çıxışında beynəlxalq hüququn ədalət prinsipindən uzaq düşməsi ilə onun aktuallığının mübahisələnməsi, belə bir zamanda Azərbaycanın öz gücünə torpaqlarını işğaldan azad etməsinin Avrasiya materikinin təhlükəsizliyində oynadığı balanslaşdırıcı rolu haqqında fikirləri istər İtaliya, istərsə də dünya mediasında geniş işıqlandırıldı.Prezidentin çıxışında xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri isə Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki qazandığı tarixi Qələbə nəticəsində 30 illik işğala son qoyaraq, beynəlxalq ədaləti bərqərar  etməsi  olub. Dövlət başçımız bu 30 il ərzində nə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, nə də ATƏT-in bu məsələnin həlli üçün yaratdığı qrupun fəaliyyətinin nəticə vermədiyindən bəhs edib.  Bu, onu göstərir ki, ədaləti və sülhü təmin etmək üçün yalnız beynəlxalq hüquq kifayət deyil, siyasi və hərbi addımlar da vacibdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan işğalından azad edilməsi regionda sabitliyin bərpası üçün əhəmiyyətli addım olub, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan ərazilərini geri qaytarmaqla, beynəlxalq hüquq çərçivəsində öz suverenliyini təmin edib.Prezident İlham Əliyev Sovet İttifaqının süqutundan sonra ilk dəfə olaraq Cənubi Qafqaz regionunda uzunmüddətli sülh əldə etməyin mümkünlüyünü qeyd edib.  Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində 80 faiz razılaşdırılmış sülh müqaviləsi bəndləri və sərhədlərin delimitasiyası istiqamətində atılmış addımlar regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət daşıyır. Bu  danışıqlar sülh sazişi ilə nəticələndiyi təqdirdə, 30 il ərzində münaqişədə olmuş iki ölkənin birgə çalışaraq sülhə nail olması yalnız Qafqazda deyil, dünyanın bütün regionlarında əhəmiyyətli sülh nümunəsi rolunu oynayacaq.
Prezident Azərbaycanın Avropanın enerji təchizatında mühüm rolunu vurğulayarkən, hazırda qitənin 10 ölkəsinin Azərbaycandan qaz aldığını və onlardan 7-sinin Avropa İttifaqının üzvü olduğunu xatırlatması diqqət çəkir. Onun sözlərinə görə, bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərdiklərini xatırladan Prezident, əməkdaşlığımızın bir çox sahəni əhatə etdiyini diqqətə çatdırıb.Bizim müntəzəm siyasi təmaslarımız var. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. 

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-10-2024