Mobil versiya
Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi o cümlədən, Horadiz qəsəbəsi də həmin vaxt düşməndən azad edilmişdir
Tarix: 17-10-2025 | Saat: 16:47
Bölmə:Siyasət | çapa göndər

Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi o cümlədən, Horadiz qəsəbəsi də həmin vaxt düşməndən azad edilmişdir

Füzuli şəhəri 17 oktyabr 2020-ci il tarixində şanlı Ordumuz tərəfindən işğaldan azad edilmişdir. Qocahməddli, Çimən, Cuvarlı və digər kəndlərdə şiddətli döyüşlər nəticəsində Füzuli rayonunun ümumilikdə 62 yaşayış məntəqəsi tamamilə Azərbaycanın nəzarətinə keçmişdir. Bu zəfər Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz ərazilərini geri qaytarmaq istiqamətində qətiyyətinin bir daha təsdiqi idi.
Füzuli uğrunda aparılan döyüşlər müharibənin gedişatına təsir edən mühüm hərbi əməliyyatlardan biri olmuşdur. Şəhərin azad edilməsi Azərbaycan Silahlı Qüvvələrinə cəbhədə mühüm strateji üstünlüklər qazandırmışdır. Xüsusilə, Füzuli döyüşləri nəticəsində Ermənistan ordusu əhəmiyyətli itkilər vermiş və onların müdafiə xətti dağıdılmışdır. Bu rayonun azad edilməsi həmçinin Qarabağın digər bölgələrinin azad edilməsi üçün həlledici rol oynamışdır.
Füzuli uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusunun qəhrəmanlığı və döyüş qabiliyyəti açıq şəkildə özünü göstərmişdir. Hərbi ekspertlərin bildirdiyinə görə, bu döyüşlər Azərbaycanın hərbi gücünün nə qədər inkişaf etdiyini sübut etmişdir. Artıq dünya birliyi də Azərbaycan Ordusunun müasir texnologiyalar və peşəkar hərbiçilərdən ibarət olduğunu qəbul edir.

Əsli Novruzova,
YAP Qusar rayon təşkilatının fəal



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-10-2025