Füzuli rayonunun iqtisadi inkişaf potensialı və yeni perspektivlər
Tarix: 17-10-2025 | Saat: 15:40
Bölmə:Siyasət | çapa göndər

Füzuli rayonu işğaldan azad olunduqdan sonra bu bölgənin iqtisadi potensialı yenidən qiymətləndirilmiş və burada böyük inkişaf imkanları müəyyən edilmişdir. Rayonun münbit torpaqları, əlverişli iqlimi və strateji mövqeyi onu ölkə iqtisadiyyatı üçün mühüm bir əraziyə çevirir. Bu gün Füzuli rayonunda kənd təsərrüfatının inkişafı üçün genişmiqyaslı layihələr həyata keçirilir. Artıq bölgədə əkinçilik, bağçılıq və heyvandarlıq sahələrində konkret nəticələr əldə olunmağa başlanılıb. Dövlət dəstəyi ilə kənd təsərrüfatı texnikası gətirilir, torpaqlar şoranlaşmadan təmizlənir və müasir suvarma sistemləri qurulur. Eyni zamanda, Füzuli rayonunda sənaye parklarının yaradılması və kiçik biznesə şəraitin təmin olunması gələcək iqtisadi sabitliyin əsasını qoyur. Bu məqsədlə iş yerlərinin yaradılması və yerli istehsalın stimullaşdırılması istiqamətində layihələr icra olunur. Füzulidə investisiya cəlbediciliyi günü-gündən artır və xarici şirkətlər artıq bu rayonda fəaliyyətə maraq göstərməyə başlayıblar. Xüsusilə, logistika, tikinti və aqrar sahədə bir sıra layihələrə start verilib. Bütün bu iqtisadi fəallıq Füzuli rayonunun yeni inkişaf dövrünə daxil olduğunu təsdiqləyir. Yaxın illərdə bu rayonun Azərbaycanın ən dinamik inkişaf edən bölgələrindən birinə çevriləcəyi gözlənilir. Yeni yaradılan infrastruktur, təbii resurslar və peşəkar idarəetmə modeli bu uğurun təminatçısıdır.
Şakir Məmmədov
YAP Laçın rayon təşkilatının 50 saylı ƏPT-nin fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər