Mobil versiya
Qurban Qurbanov yeni biznesə başladı
Tarix: 17-10-2025 | Saat: 13:25
Bölmə:İdman | çapa göndər

Qurban Qurbanov yeni biznesə başladı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov özünə yeni biznes qurub.

aia.az Sport1.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi forma satışı şirkəti yaradıb.

Kompaniya “Adidas”, “Joma”, “Jako” şirkətlərinin Azərbaycanda rəsmi distribütorudur. Buradan topdan idman geyimləri və dəstləri sifariş etmək olur.

Artıq ölkəmizdə fəaliyyət göstərən bəzi klublar Qurbanovun şirkəti ilə əməkdaşlığa başlayıblar. Söhbət “Zirə”, “Turan Tovuz” və “Şəfa”dan gedir.

Qeyd edək ki, bir müddət öncə mediada Q.Qurbanovun Bakı klubuna jest etdiyi ilə bağlı məlumat yayılmışdı. Məsələnin əsli isə başqadır. Belə ki, “Şəfa” klubu Qurbanovun şirkətindən “Jako” formaları, idman dəstləri şifariş verib, geyimlərin çatdırılması gecikib. Bu səbəbdən də şirkət anbarda olan “Adidas” formalarını “Şəfa”ya verməli olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-10-2025