YAP Mingəçevir şəhər təşkilatı Dövlət müstəqilliyinin 34-cü ildönümü ilə əlaqədar dəyirmi masa keçirib -Fotolar
Tarix: 17-10-2025 | Saat: 19:00
Bölmə:Gündəm | çapa göndər

Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikasında 2025-ci ildə “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlərin keçirilməsi davam edir. 17 Oktyabr 2025 ci il tarixdə YAP Mingəçevir şəhər təşkilatı Yeni Azərbaycan Partiyasının gənc partiya fəalları ilə 18 oktyabr- Dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümü ilə əlaqədar dəyirmi masa keçirildi.
aia.az xəbər verir ki, əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların ruhuna bir dəqiqəlik süküt elan edilir. Görüşdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxış edərək bildirdi ki, 18 oktyabrda Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq dövlət müstəqilliyini bərpa etdiyi tarixdən 34 il keçir. 1991-ci il oktyabrın 18-də müstəqilliyimizin bərpası bizə dünyəvi dövlət qurmaq və dünya birliyində mühüm yer tutmaq imkanı verib. Ötən illər ərzində aparılan uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənib, iqtisadiyyatımız inkişaf edib, mədəniyyətimiz zənginləşib. Müstəqilliyimizin ilk illərində ölkəmiz siyasi, iqtisadı və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə üz-üzə qalmışdı. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı, müdrik siyasəti nəticəsində ölkə vətəndaş müharibəsindən, müstəqilliyinin itirilməsi təhlükəsindən qurtuldu. Dövlətlə xalq birliyi təmin edildi, ictimai-siyasi sabitlik bərpa olundu. Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf edir, möhkəmlənir, beynəlxalq sahədə nüfuzu artır. Enerji sektorunun inkişafı, sənaye zonalarının yaradılması, aqrar sahədə, ordu quruculuğu sahəsində aparılan islahatlar ölkəmizin sürətli inkişafına şərait yaratmış, ərzaq təhlükəsizliyi təmin olunmuş, regionların inkişafında irəliləyişlər olmuşdur. Azərbaycan dünya ölkələri arasında layiqli yerini tutmuş, regionun lider dövlətinə çevirilmişdir. Bu inkişaf göstərir ki, Azərbaycan cənab Prezidentin rəhbərliyi altında daha da inkişaf edərək uğurlar əldə edəcəkdir. Əminik ki, bu uğurlar davamlı olacaq, biz müstəqil dövlətimizin yeni-yeni zəfərlərini, qələbələrini görəcəyik. Cənab Prezidentimizin rəhbərliyi ilə 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız 44 gün ərzində şanlı ordumuzun şücaəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. 2023-cü ilin 19 sentyabrında Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Qarabağ iqtisadi rayonunun sülhməramlıların nəzarəti altında olan ərazilərində antiterror əməliyyatları, 23 saat 43 dəqiqə ərzində 90-a yaxın strateji əhəmiyyətli ərazilər nəzarətə götürüldü. Antiterror əməliyyatlarından sonra bütün Qarabağ torpağı azad olundu, suverenliyimiz tam bərpa olundu. Artıq bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Prezident İlham Əliyevin apardığı ardıcıl məqsədyönlü siyasətinin nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Rauf Qaffarov, təşkilatın məsləhətçisi Ülviyyə İsmayılova, partiyanın fəalları Rəşad Quliyev və Mahnur Ömərova “Azərbaycan gəncliyinin ən böyük xilaskarı Heydər Əliyev heç zaman unudulmayacaq” mövzus ətrafında öz fikirlərini bildirdilər.
Görüşdə B.Mustafayev əlamətdar bayram münasibətilə fəalları təbrik etdi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər