Mobil versiya
Laçın aeroportu yeni regional geosiyasi reallıqların təzahürüdür
Tarix: 30-05-2025 | Saat: 11:19
Bölmə:Siyasət | çapa göndər

Laçın aeroportu yeni regional geosiyasi reallıqların təzahürüdür

Laçın aeroportunun açılışı Azərbaycan üçün siyasi, iqtisadi, strateji və sosial baxımdan əhəmiyyətli bir hadisəsidir. Laçın aeroportu Azərbaycanın Qarabağ bölgəsində dövlət infrastrukturunun bərpası və müasir standartlara uyğun inteqrasiyası baxımından növbəti mühüm addımdır və milli maraqlar baxımından çoxşaxəli əhəmiyyətə malikdir. Aeroportun fəaliyyəti Laçın, Kəlbəcər, Qubadlı və ətraf rayonların iqtisadi potensialını artıracaq. İnvestisiyaların cəlb olunması, turizmin inkişafı və yerli məhsulların daha sürətli daşınması baxımından imkanlar genişlənəcək. Həmçinin bununlada işğaldan azad edilmiş regionlarda iş yerlərinin yaradılması və əhalinin geri qayıdışı üçün əlverişli şərait formalaşır. Laçın aeroportu Zəngilan və Füzuli hava limanları ilə birlikdə Qarabağın hava nəqliyyat infrastrukturunu tamamlayır. Gələcəkdə Cənubi Qafqazda logistik mərkəzə çevrilmək məqsədinə xidmət edir. Bölgəyə daxili və xarici turizm axınının artmasına şərait yaradacaq.
Təbii ki, hər hansı layihənin humanitar və sosial tərəfləri var. Əlbəttə ki, aeroportun açılışı qayıdış proqramları çərçivəsində məcburi köçkünlərin doğma yurdlarına dönüşünü də sürətləndirəcək. Həmçinin təcili yardım, fövqəladə hallar və digər xidmətlərin bölgəyə daha sürətli çatdırılması üçün hava nəqliyyatı xüsusi önəm kəsb edir. Laçın aeroportunun açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı bir neçə önəmli geosiyasi və diplomatik mesaj verir. Bu hadisə təkcə bir infrastruktur layihəsinin istifadəyə verilməsi deyil, həm də Cənubi Qafqazda yeni geosiyasi reallıqların və regional ittifaqların təzahürüdür. İlk növbədə bu, Azərbaycan-Türkiyə qardaşlığını və strateji tərəfdaşlığını nümayiş etdirir. Ərdoğanın Laçın kimi strateji və simvolik əhəmiyyətə malik bölgəyə gəlməsi bu qardaşlığın praktiki səviyyədə davam etdiyini və hər iki ölkənin bütün vacib hadisələrdə birlikdə olduğunu göstərir.
Həmçinin Ərdoğanın bu bölgəyə səfəri həmin ərazilərin bərpasında Türkiyənin aktiv iştirakını və marağını göstərir. Bu, həm iqtisadi, həm də texniki əməkdaşlıq mesajıdır. Türkiyə Prezidentinin Laçında olması, faktiki olaraq, bu ərazilərin Azərbaycanın suverenliyində olduğu reallığını bir daha təsdiqləyir. Eləcə də, bu addım Ermənistan və onun beynəlxalq dəstəkçilərinə ünvanlanan bir mesajdır: bölgədə yeni reallıqlar var və bu reallıqlarla hesablaşmaq lazımdır. Bu səfər Türkiyənin Cənubi Qafqazda güclənən mövqeyini simvollaşdırır. Ərdoğanın bu tədbirdə iştirakı göstərir ki, Türkiyə regionda aparıcı güc olmaqda davam edir və post-münaqişə dövrünün formalaşmasında birbaşa iştirak etmək niyyətindədir. Bu hadisə türk dünyasını birləşdirəcək yeni nəqliyyat və iqtisadi layihələrin ön plana çəkildiyinin göstəricisi olmaqla yanaşı Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın gücləndirilməsi mesajını özündə ehtiva edir

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2025