Mobil versiya
"Xəzərin çəkilməsinin bir müsbət faydası var ki..." - Deputat
Tarix: 30-05-2025 | Saat: 12:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Xəzərin çəkilməsinin bir müsbət faydası var ki..." - Deputat

"Bu gün Azərbaycanın qarşısında duran ən böyük problemlərdən biri Xəzər dənizinin suyunun çəkilməsi ilə bağlıdır”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bunun müsbət faydası var ki, süni torpaq sahələri əmələ gəlir: "Bundan da səmərəli istifadə etmək imkanı yaranır. Amma bizə Xəzər dəniz kimi lazımdır. Gözümüzün qarşısında Urmiya faciəsi durur. Düşünməməliyik ki, bu faciə Xəzərə öz təsirini göstərməyəcək. Hesab edirəm ki, bölgə dövlətləri ilə bu məsələni ən vacib strateji kurs olaraq götürməli, səylərimizi artırmalıyıq. Böyük ekoloji fəlakətlə üz-üzəyik".

Deputat qeyd edib ki, Xəzərin geri çəkilməsi ilə yanaşı, onunla eyni əhəmiyyətdə olan təhsilimizin geri çəkilməsi ilə bağlı problemlər də var:

"Bu da bizi narahat etməlidir. Bugünlərdə bir qərar qəbul olundu ki, lisey və gimnaziyalara 4-5-7-ci siniflər üçün imtahanlar ləğv olunur. Yüzlərlə uşaq lisey və gimnaziyalara daxil olmağa hazırlaşırdı. Bu qərar 7-8 ay əvvəl qəbul olunsaydı narahatlıq yaratmazdı. Hər kəs öz gələcəyi ilə bağlı məsələni müzakirə edə bilərdi.

Lakin imtahana bir neçə müddət qalmış bu ləğv olunma onu göstərir ki, təhsil strategiyası ilə bağlı məsələyə ciddi yanaşmalıyıq. İctimai etirazlardan sonra Nazirlik bu məsələdə geri çəkildi və qərarı ləğv etdi. Bu cür ekspermentlərlə təhsilin bu vəziyyətə salınması arzuolunan məsələ deyil. Bu məsələdə ciddiliyi artırmalıyıq. Hətta indiki rəhbərlik səviyyəsində qeyd olunur ki, indiki səhvlər 20 il əvvəlki rəhbərliyin səhvləridir. İndi 20 il sonra təhsil tam sıradan çıxandan sonra başqa biri də deyəcək ki, 20 il öncəki səhvlərdir. Bu məsələ üzərində ciddi islahatlar aparmalıyıq”.

Anar Kəlbiyev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2025