Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni mərhələ
Tarix: 22-06-2025 | Saat: 20:48
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Milli Ordusunun yaranma tarixi 1918-ci ilin 26 iyununa-Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı günə təsadüf edir. Bu hadisə təkcə Azərbaycanın deyil, ümumilikdə Şərq və müsəlman aləminin ilk demokratik dövlətinin ordu quruculuğu istiqamətində atdığı mühüm bir addım idi. Cəmi iki illik fəaliyyət göstərməsinə baxmayaraq, AXC dövründə formalaşan ordu, Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birgə Bakının və ətraf ərazilərin erməni-bolşevik işğalından azad olunmasında mühüm rol oynadı.
1920-ci ildə Sovet işğalından sonra Milli Ordu ləğv olundu və hərbi kadrlar repressiyaya məruz qaldı. Sovet rejimi dövründə azərbaycanlıların döyüş hissələrinə deyil, əsasən tikinti batalyonlarına göndərilməsi hərb elminə yiyələnməyə qarşı gizli siyasətin tərkib hissəsi idi. Lakin bu siyasətə qarşı ilk sistemli addımlar məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə atıldı. Onun rəhbərliyi ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması gələcək milli ordu kadrlarının təməlini qoydu.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci ilin oktyabrında milli ordunun yaradılması barədə qərar qəbul edilsə də, həmin dövrün siyasi rəhbərliyi ordu quruculuğuna ciddi yanaşmadı. Nəticədə ordu parçalanmış, zəif təşkilatlanmış və fərqli siyasi maraqların alətinə çevrilmişdi. 1993-cü ildə Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışı ilə ordu quruculuğunda yeni mərhələnin əsası qoyuldu. Qısa zamanda hərbi hissələr mərkəzləşdirildi, silahlı qüvvələr dövlət nəzarətinə keçdi. 1994-cü ildə cəbhədə əldə edilən uğurlar və atəşkəs razılaşması bu siyasətin ilkin nəticəsi oldu.
Ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlar döyüş hazırlığını, texniki təchizatı və şəxsi heyətin mənəvi-psixoloji durumunu ciddi şəkildə gücləndirdi. 1999-cu ildə Hərbi Akademiyanın yaradılması, 2001-ci ildə isə hərbi məktəblərin yenidən təşkili bu siyasətin davamlılığını təmin etdi. Silahlı Qüvvələr NATO standartlarına uyğun formalaşdırıldı və vahid komandanlığa tabe nizami ordu yaradıldı.
Bu gün Azərbaycan Ordusu yalnız regionun deyil, bütövlükdə Avrasiyanın güclü hərbi qüvvələrindən biri hesab olunur. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan zəfər də bu ordu quruculuğu siyasətinin nə qədər düzgün və uzaqgörən olduğunu bir daha sübut etdi. Ordunun inkişafı və modernləşməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir.
Nəticə etibarilə, Azərbaycan Milli Ordusunun formalaşmasında yeni mərhələ 1993-cü ildən başlasa da, bu prosesin bünövrəsi AXC dövründə qoyulmuş, Heydər Əliyevin uzaqgörən siyasəti ilə gücləndirilmiş və Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə təkmilləşdirilmişdir. Bu gün Silahlı Qüvvələrimiz həm dövlətimizin suverenliyinin qoruyucusudur, həm də milli qürurumuzun simvoludur.
Rəvanə Kərimova,
Nəsimi Rayon Gənci.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-06-2025