Mobil versiya
Vahid plan üzrə növbəti iclas keçirilib -Fotolar
Tarix: 11-07-2025 | Saat: 09:32
Bölmə:Gündəm | çapa göndər

Vahid plan üzrə növbəti iclas keçirilib

2025-ci il 10 iyul tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Vahid Planı üzrə növbəti iclası baş tutub. İclasda AzQAC-ın İcraçı Katib Ceyhun Mirzəyev, İcraçı Katibin müavini Xalidə İskəndərova, İcraçı Katibin müavini, Sağlamlıq və Qayğı Şöbəsinin müdiri Səbinə İran-Məhbubi, eləcə də vahid plan üzrə işçi heyət və Planlaşdırma, Monitoring, Qiymətləndirmə və hesabatlığı üzrə İnformasiya İdarəetməsi üzrə məsləhətçi Nağıyeva Şöhrət iştirak ediblər. Bundan əlavə, iclasda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Milli Cəmiyyətlərin İnkişafı üzrə nümayəndəsi Aleksandr Mordovin qonaq qismində iştirak edib. İclas Səbinə İran-Məhbubinin təqdimatı ilə açılıb və avqustun 10-na kimi ilkin baxış materiallarının hazır olması qərara alınıb. Daha sonra Nağıyeva Şöhrət təqdimatla çıxış edib, tədbiqlər və yeniliklər müzakirə olunub. İclasın əsas mövzusu isə iqlim dəyişikliyi və onun təsirləri olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-07-2025