"Tarixə Yazılan Gün: 14 İyul 1969 və Ulu Öndər Heydər Əliyevin Azərbaycan Missiyası"
Tarix: 11-07-2025 | Saat: 10:38
Bölmə:Özəl | çapa göndər

Bu tarixdə Azərbaycana rəhbərliyə başlayan Ulu Öndər Heydər Əliyev respublikamızı dünyada tanıtmaqla müstəqilliyimizin toxunulmazlığına əbədi möhür vurdu, xalqımızda milli təfəkkürü formalaşdırdı, fədakarlığı ilə qazandığı Ümummilli Lider adını doğrultdu
1969-1982-ci, 1993- 2003 illərdə Azərbaycanın qüdrətlənməsi naminə xalqına bələdçilik edən dahi Heydər Əliyev milyonları arxasınca aparan bacarıqlı Lider olduğunu iki mərhələni əhatə edən tarixi xidmətləri ilə sübut etdi. On dörd il və on il. Birinci mərhələdə SSRİ-in tərkibində Azərbaycana rəhbərlik edən, «ümumi evimiz»in bir üzvü kimi, imperiya rejiminin planlaşdırdığı qaydalar əsasında idarə olunan müttəfiq respublikaya başçılıq edən müdrik şəxsiyyət Heydər Əliyev ikinci müddətdə müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi xalqımızın milli təfəkkürünü formalaşdırdı, azərbaycançılıq ideyalarını dövlət siyasətinin əsas atributları kimi aktuallaşdırdı, müstəqilliyimizi əbədiləşdirdi, xilaskar adına əbədilik möhür vurdu. Elinə-obasına, yurduna, torpağına bağlılığını tarixə iyul plenumu kimi yazılan iclasda canından artıq sevdiyi Azərbaycan dilində söylədiyi və gələcəyə hesablanan nitqi ilə bildirdi. Həmin çıxışda Azərbaycan xalqının nicat yolu, müstəqillik arzusunun işartıları əks olunurdu ki, bu yolun çətinliyini yeganə olaraq dərk edən də elə dahi şəxsiyyət Heydər Əliyevin özü idi. Planlı iqtisadiyyatın tələbləri əsasında idarə edilən Sovet İttifaqının dünya siyasətinə təsir imkanlarının artdığı, Kremldən xəbərsiz heç bir dəyişikliyə yol verilmədiyi, mərkəzləşdirilmiş sərt üsul-idarənin mövcud olduğu imperiya dövründə hakimiyyətə gələn Heydər Əliyev bürokratik əngəllərə baxmayaraq Azərbaycan üçün çox iş gördü.
…Ötən əsrin 60-cı illərində Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Ulu Öndər Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, tərəqqi, milli ruhun, mənəviyyatın dirçəliş dövrü başlandı. Respublikanın sosial-iqtisadi inkişafının, xalqımızın milli özünüdərkinin, təfəkkürünün, özünəqayıdışın təməli qoyuldu . Təcrübəli dövlət xadimi kimi, 1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nın plenumunda etdiyi tarixi çıxışı ilə imperiya rəhbərliyini təşvişə salan, respublikanın gələcək inkişafının strateji istiqamətlərini müəyyənləşdirən, bütünlüklə sovet cəmiyyətini bürüyən rüşvətxorluq, korrupsiya hallarına qarşı elliklə mübarizə aparan Mərkəzi Komitəsinin yeni birinci katibi Heydər Əliyev ölkənin inkişafı üçün yeni yol xəritəsi hazırladı. Ölkədəki acınacaqlı vəziyyətin, əhalinin məmurlar tərəfindən əsassız incidilməsinin, bürokratçılığın qarşısının alınması üçün ciddi addımlar atıldı. Əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırıldı. Strateji proqrama əsasən respublika əzəmətli tikinti meydanına çevrildi, infrastruktur yeniləndi, nəhəng layihələr, milli maraqlara uyğun bərpa-quruculuq işlərinə start verildi. Bu həqiqəti adicə bir misalla göstərək. 1960-cı illərdə milli gəlirin artım sürətinə görə guya bərabər hüquqlara malik müttəfiq respublikalar arasında axırıncı yeri tutan Azərbaycan 1982-ci ildə, Heydər Əliyev Moskvaya işləməyə dəvət edildikdə bu statistikanın inkişaf təsnifatına görə SSRİ-də birinci yeri tuturdu. Respublikamız haqqında deyilən «Şirako şaqayet Azerbaydjan» deyimi digər müttəfiq respublika başçılarına nümunə göstərilirdi.
Üzaqgörən dövlət xadiminin gələcəyə, müstəqilliyə hesablanmış siyasəti nəticəsində ölkədə neft, neft-kimya sənayesi inkişaf etdirildi, elektron hesablama mərkəzləri yaradıldı, energetika, nəqliyyat sahələrində kompleks tərəqqinin təməli qoyuldu. Xalqın ümumi sərvəti olan neft sənayesinin inkişafı, yeni yataqların kəşfi, müasir qazma metod və üsulların Azərbaycanda tətbiqi Ümummilli Lider Heydər Əliyevin təşəbbüskarlığı və müəllifliyi ilə tərtib olunan « Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması» planı əsasında həyata keçirildi. ONUN xidmətləri sayəsində Xəzər dənizində perspektivli yataqların kəşfi istiqamətində aparılan tədqiqat işləri sürətləndi, üzən qazma qurğuları alındı, «Şelf» seriyalı dəniz qazma qurğularınnın quraşdırılması mümkün oldu. Dərin Özüllər Zavodunun tikintisinə başlanıldı. Etiraf olunmalıdır ki, sərt sovetlər rejimində planlaşdırılmış iqtisadiyyatdan kənarda mütətffiq respublikaların mənafeyinə, milli maraqların yönəlmiş kiçik bir addımın atılması üçün cəsarət , milli qürur, vətəndaşlıq yanğısı tələb olunduğu zamanda bu cür işlərin icrası üçün xalqa bağlılıq ruhu başlıca şərt idi. Ən kiçik detallara belə dövlətçiliyin qorunması nəzərindən dəyər verən Heydər Əliyevin özü bu məqama toxunaraq bildirirdi ki, sovetlərin « qardaşlıq birliyi» çərçivəsindən kənarda hansısa işi görmək mümkün olmadığı hallarda belə ən kiçik imkandan xalqın mənafeyi naminə istifadənin özü böyük uğurlara aparan cığır kimi ümid yaradırdı.
Vətən müharibəsində qazandığımız böyük Zəfərin qürur və sevincini yaşadığımız günlərdə Ümummilli Liderin vaxtilə məcburi köçkünlər qarşısında böyük inamla dediyi sözləri hamı xatırlayır: «Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.» Artıq Ulu Öndərin arzuları reallaşıb. Xalqımızın 30 illik yurd həsrətinə son qoyulub. Biz artıq doğma Qarabağımıza, Şərqi Zəngəzura qovuşmuşuq. Azərbaycanın böyük oğlu dahi Heydər Əliyevin ölməz ideyalarının gerçəkləşməsinin məntiqi nəticəsi Türk Dövlətləri Təşkilatının yaranmasıdır. Qonaqlı –qaralı Şuşanın hər kəsi heyran edən büsatıdır, Cıdır düzündə keçirilən möhtəşəm tədbirlərdir. İşğaldan azad olunan ərazilərdə aparılan geniş miqyaslı bərpa-quruculuq işləridir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına- Şuşaya, Xocalıya, Laçına qayıtmalarıdır. Dövlət Bayrağımızın Xankəndidə dalğalanmasıdır. Azərbaycanın dünya birliyində artan önəmi, möhkəmlənən nüfuzudur. Ölkəmizin təşəbbüsü ilə reallaşan, dünyanın enerji və nəqliyyat xəritəsini dəyişən qlobal layihələrə artan maraqdır. COP29 kimi, digər mühüm tədbirlərə ev sahibliyimizə göstərilən dəstəkdir. Ən başlıcası isə «Dəmir yumruq» əməliyyatının məntiqi nəticəsi olan dövlət başçımızın «Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!» raportudur.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-07-2025