Mobil versiya
Obamanın komandası Trampın vətənə xəyanət ittihamlarına cavab verib
Tarix: 23-07-2025 | Saat: 10:29
Bölmə:Özəl | çapa göndər

Obamanın komandası Trampın vətənə xəyanət ittihamlarına cavab verib

Amerika lideri Donald Trampın keçmiş prezident Barak Obamanı dövlətə xəyanətdə və 2016 və 2020-ci il seçkilərini saxtalaşdırmaqda ittiham etməsi absurddur.NBC News xəbər verir ki, bunu Obamanın rəsmi nümayəndəsi Patrik Rodenbuş deyib.

"Bu qəribə ittihamlar gülüncdür və diqqəti yayındırmaq üçün cılız bir cəhddir" dedi.

O, həmçinin əlavə edib ki, Obamanın ofisi prinsipial mövqeyə - prezidentlik institutuna hörməti saxlamaq üçün Trampın bəyanatlarına cavab olaraq ictimaiyyətə açıqlama verməkdən yayınır. Lakin bu dəfə sabiq dövlət başçısının komandası istisna edib.

Bundan əvvəl Tramp Obamanı Rusiyaya qarşı uydurma ittihamlar hazırlamaqda ittiham edib. O, Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı saxta məlumatın yaradılmasında Obama, ABŞ-ın keçmiş prezidenti Co Bayden, prezidentliyə namizəd Hillari Klinton və başqalarının iştirak etdiyini bildirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-07-2025