8 noyabr - Zəfər Günü Azərbaycan xalqının şanlı tarixinə yazılan qəhrəmanlıq salnaməsidir.
Tarix: 07-11-2025 | Saat: 10:25
Bölmə:Siyasət / Karusel / Manşet / Gündəm / Özəl | çapa göndər

8 Noyabr - Zəfər Günü xalqımızın sarsılmaz iradəsi, milli birlik və həmrəyliyinin təntənəsidir. Həmin gün tarixi ədalətin bərpasını, qəhrəman övladlarımızın qanı və canı bahasına qazanılmış böyük Qələbəni simvolizə edir. Zəfər Günü həm də azadlıq uğrunda mübarizədə göstərilən fədakarlığın və dövlətimizin gücünün ifadəsidir.
Ermənistanın uzun illər davam edən işğalçı siyasəti nəticəsində ərazilərimizdə yaşayış məskənləri dağıdılmış, təhsil və səhiyyə infrastrukturu məhv edilmiş, bir milyondan çox soydaşımız doğma yurdlarından didərgin salınmışdır. Bu faktorlar, eyni zamanda regionda ictimai-siyasi gərginliyin artmasına və uzunmüddətli sabitliyin pozulmasına gətirib çıxarmışdır.
Azərbaycanın hərbi strategiyası Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini və əməliyyat çevikliyini əhəmiyyətli dərəcədə artırmışdır. Modernləşmə proqramları nəticəsində ordumuz yüksək texnologiyalı silah sistemləri, dron texnologiyaları və dəqiq zərbə vasitələri ilə təchiz edilmiş, bu da əməliyyat səmərəliliyini xeyli yüksəltmişdir. Analitik təhlillər göstərir ki, aparılan islahatlar müdafiə sənayesi və innovasiya sahəsində yerli istehsalın genişlənməsi, elmi-texnoloji potensialın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
2020-ci ilin 27 sentyabr tarixində Ermənistanın törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlamışdır. Prezident, Ali Baş Komandan İlham Əliyevin “İrəli” əmri ilə “Dəmir yumruq” əməliyyatı qısa müddətdə strateji üstünlük yaratmış, düşmənə ağır zərbə vurulmuş və ərazilərimiz işğaldan azad edilmişdir. Hərbi əməliyyatların planlaşdırılması və uğurla icrası Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını sübut edir. Bu əməliyyatlar ordunun intellektual və texnoloji potensialını ortaya qoymuş, müasir döyüş taktikaları uğurla tətbiq olunmuşdur.
Azərbaycanın tarixi Qələbəsi nəticəsində rəsmi İrəvan kapitulyasiya etmiş, regionda sülhün bərqərar olunması üçün 10 noyabr 2020-ci il tarixində Üçtərəfli Bəyanat imzalanıb. 44 gün ərzində dövlət, xalq və ordu birlikdə döyüş meydanında, həm də beynəlxalq diplomatiyada öz qüdrətini nümayiş etdirib. Qələbə diplomatiyası ölkəmizin regional və qlobal nüfuzunu artırıb, mötəbər platformalarda mövqeyini daha da möhkəmləndirib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qeyd edib: “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq”.
8 noyabr xalqımızın yaddaşına təkcə Zəfər Günü kimi deyil, həm də Şuşa şəhərinin azadlığı ilə milli iradənin təntənəsi kimi yazılıb. Vətən müharibəsi dönəmində - noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edərək tarixi ədaləti bərpa edib. Bu Qələbə həm torpaqlarımızın azadlığı, həm də xalqın birliyinin, iradəsinin və əzminin təntənəsi olub. “Şuşasız bizim işimiz yarımçıq qalar” – deyən dövlət başçısının qətiyyəti, xalqın sonsuz inamı və ordumuzun qəhrəmanlığı nəticəsində Qarabağın döyünən qəlbi yenidən azad nəfəs alıb.
Şuşa əməliyyatı Qarabağ Zəfərinin zirvəsi, Azərbaycan xalqının güc və birliyinin parlaq göstəricisidir. Qəhrəman əsgər və zabitlərimizin sıldırım qayalardan keçərək, əlbəyaxa döyüşlə qazandığı bu möhtəşəm Qələbə dünya hərb tarixində misilsiz nümunə kimi qalacaq. Prezident İlham Əliyevin dediyi kimi, bu qələbə danışıqlar masası arxasında deyil, döyüş meydanında qazanıldı. Məhz həmin gün xalqımız öz taleyinin sahibi olduğunu bütün dünyaya nümayiş etdirdi.
Şuşanın azad edilməsi ilə tariximizin Böyük Qayıdış və quruculuq dövrü başlandı. Düşmən tərəfindən viran qoyulmuş şəhər qısa müddətdə dirçəlməyə başladı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində şəhərin tarixi siması qorunmaqla müasir infrastruktur yaradıldı. “Zəfər Yolu”nun çəkilişi, yeni yaşayış komplekslərinin inşası, məktəb, xəstəxana, mədəniyyət ocaqlarının bərpası Şuşanın yeni inkişaf mərhələsinin əsasını qoydu.
Şuşa bu gün həm də mədəniyyətin, elmin və mənəviyyatın mərkəzinə çevrilib. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə bu şəhər “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilib. Sonrakı illərdə Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı”, “İslam dünyasının mədəniyyət paytaxtı” və “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” statuslarını qazanaraq beynəlxalq mədəni məkanın ayrılmaz hissəsinə çevrildi. Bu qərarlar Şuşanın həm regional, həm də qlobal miqyasda yüksələn nüfuzunun təzahürüdür.
Hazırda Şuşada həyata keçirilən layihələr şəhərin gələcəyinə hesablanmış uzunmüddətli strategiyanın tərkib hissəsidir. Həyata keçirilən tədbirlər bu məkanın tarixi memarlıq ruhunu qorumaqla, onu müasir, ekoloji və turizm baxımından cəlbedici mərkəzə çevirməyi hədəfləyir. Tarixi abidələrin bərpası, milli memarlıq ənənələrinin dirçəldilməsi, ictimai-mədəni məkanların yaradılması Şuşanın yeni simasını formalaşdırır.
Tarixi Qələbənin əbədiləşdirilməsi məqsədilə 8 Noyabr - Zəfər Gününün təsis edilməsi, Bakıda Zəfər paradının keçirilməsi və Hərbi Qənimətlər Parkının yaradılması kimi mühüm addımlar atılmışdır. Bu təşəbbüslər xalqımızın milli həmrəyliyini və vətənpərvərlik ruhunu möhkəmləndirmiş, şanlı Qələbənin mənəvi dəyərini gələcək nəsillərə çatdırmaq baxımından böyük əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, həmin tədbirlər hərbi xidmətin şərəfli missiya kimi təbliğinə və gənc nəslin milli-mənəvi tərbiyəsində mühüm rol oynamışdır.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncama əsasən 8 Noyabr - Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. Həmin gün Şuşada dalğalanan üçrəngli bayraq, bərpa olunan hər bir küçə və abidə, səslənən hər bir musiqi xalqımızın qürurunu, müstəqilliyinə sədaqətini və gələcəyə inamını nümayiş etdirir. Şuşa azadlıqla, Zəfərlə və milli qürurla birləşən bir ideyanın adı kimi əbədi yaşayacaq.
Postmüharibə dövründə reallaşdırılan diplomatik təşəbbüslər beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı mövqeyini tanımasına imkan yaratmış, regional sabitliyin təmin edilməsində dövlətimizin rolunu gücləndirmişdir. Bu çoxşaxəli siyasət dövlətin iqtisadi dayaqlarını möhkəmləndirir, enerji və nəqliyyat sahəsində regional liderlik potensialını artırır.
Beləliklə, 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının iradəsinin, Vətən sevgisinin, milli birliyinin və dövlətçiliyinin təntənəsidir. Bu Qələbə əsrlər boyu azadlıq, ədalət və suverenlik uğrunda aparılan mübarizənin yekunu, müasir Azərbaycan tarixinin ən uca zirvəsidir.
Bu gün hər bir azərbaycanlı fəxrlə deyir:
“Qələbəmiz əbədidir, bayrağımız daim yüksəklərdə dalğalanacaq!
Qarabağ Azərbaycandır!”
Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-11-2025