Mobil versiya
Yol polisi sürücülərə müraciət etdi
Tarix: 28-04-2026 | Saat: 13:10
Bölmə:Ölkə | çapa göndər

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

İdarədən aia.az-a verilən məlumata görə, hazırda respublikanın bir sıra bölgələrində külək və yağışla müşahidə olunan qeyri-sabit hava şəraitinin qarşıdakı iki gün ərzində də davam edəcəyi gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar baş verə biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Ayrı-ayrı bölgələrdə yağışın intensiv olacağını nəzərə alaraq, sürücülər ehtiyat tədbirləri görməli, yağmurlu, çiskinli havada sürət həddini, ara məsafəsini nəzarətdə saxlamalı, avtomobilin texniki sazlığını, xüsusilə işıq cihazlarının, şüşəsilgəclərinin işlək vəziyyətdə olmasını təmin etməlidirlər.

Piyadalar da əlverişsiz hava şərtlərini nəzərdən qaçırmamalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-04-2026