Hörmüzdə yeni qaydalar? – İran keçidə nəzarəti sərtləşdirir
Tarix: 28-04-2026 | Saat: 13:00
Bölmə:Özəl | çapa göndər
Hörmüz boğazı ilə bağlı İran yeni qanun layihəsi hazırlayır və bu addım beynəlxalq diqqəti cəlb edib.
Məlumata görə, sənədə əsasən boğazdan keçən bütün gəmilər İslam İnqilabı Keşikçiləri Korpusu-nun Hərbi Dəniz Qüvvələrinin icazəsi ilə hərəkət edə biləcək. Bu isə regionda nəzarətin daha da sərtləşdirilməsi kimi qiymətləndirilir.
Layihədə həmçinin Panama kanalı modelinə bənzər sistemin tətbiqi nəzərdə tutulur. Gəmilərdən keçid haqqı, ekoloji rüsum və İran sığorta şirkətləri vasitəsilə məcburi sığorta tələb oluna bilər.
Ödənişlərin müxtəlif valyutalarla aparılması planlaşdırılsa da, gələcəkdə əməliyyatların əsasən milli valyuta ilə həyata keçirilməsi hədəflənir.
Ekspertlər hesab edir ki, bu addım İranın strateji enerji marşrutları üzərində təsir imkanlarını artırmaq məqsədi daşıyır və qlobal neft bazarına da təsirsiz ötüşməyə bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-04-2026