Köçəryan məsələsi yenidən gündəmdə: Bakıdan sərt tələb səsləndi
Tarix: 28-04-2026 | Saat: 14:00
Bölmə:Özəl | çapa göndər
Deputat Qüdrət Həsənquliyev bildirib ki, Avropada Azərbaycana münasibətdə vahid mövqe yoxdur və bəzi ölkələrin təzyiq siyasəti əsasən erməni diasporunun təsiri ilə formalaşır. Onun sözlərinə görə, bu cəhdlər Azərbaycanın mövqeyinə təsir edə bilməz və reallıqlar artıq dəyişib.
Deputat qeyd edib ki, Qərbin regiona yanaşması çox vaxt ikili standartlarla müşayiət olunur. Vaxtilə Ermənistanın işğalçı siyasətinə prinsipial reaksiya verilməməsi münaqişənin uzanmasına və nəticədə müharibəyə gətirib çıxarıb. Bu gün isə bəzi dairələr yenidən gərginliyi saxlamaqla Azərbaycana təzyiq imkanlarını qorumağa çalışırlar.
O vurğulayıb ki, Qərbdən gələn çağırışlarda balans yoxdur: Qarabağdan köçmüş ermənilərin geri qayıdışı gündəmə gətirilsə də, Ermənistandan deportasiya olunmuş yüz minlərlə azərbaycanlının hüquqları görməzdən gəlinir. Deputatın fikrincə, hər hansı qayıdış prosesi yalnız qarşılıqlı əsasda mümkündür.
Həsənquliyev hesab edir ki, regionda sabitlik üçün Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsinin qarşısı alınmalıdır. Onun sözlərinə görə, belə ssenari yeni müharibə riskini artırır və bu barədə beynəlxalq ictimaiyyət açıq şəkildə məlumatlandırılmalıdır.
Deputatın ən sərt mövqeyi isə keçmiş Ermənistan rəhbərləri ilə bağlı olub. O bildirib ki, Robert Koçaryan və digər müharibə cinayətlərində ittiham olunan şəxslərlə bağlı hüquqi addımlar atılmalı, rəsmi Bakı onların Azərbaycana təhvil verilməsini tələb etməlidir. Bu istiqamətdə qiyabi məhkəmə qərarlarının çıxarılmasının da mümkün olduğu qeyd edilib.
Sonda deputat bildirib ki, itkin düşmüş minlərlə azərbaycanlının taleyi hələ də naməlumdur və bu məsələ beynəlxalq səviyyədə ciddi araşdırılmalıdır. Onun fikrincə, bu faktların üzə çıxarılması regionda ədalətin bərpası üçün mühüm əhəmiyyət daşıyır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-04-2026