Göydəniz Qəhrəmanov: “Azərbaycan–Çexiya münasibətləri təkcə mövcud maraqlara əsaslanaraq deyil, həm də gələcək perspektivlər üzərində qurulur”
Tarix: 30-04-2026 | Saat: 21:58
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana aprelin 25-də baş tutmuş səfərinin ən mühüm nəticələrindən biri fəal siyasi dialoqun institusional və strateji xarakter almasının nümayişi oldu. Son dövrlərdə Azərbaycan xarici siyasətdə çoxtərəfli əməkdaşlığa söykənən model qurur və Avropa istiqamətində tərəfdaşlıqlar bu siyasətdə xüsusi yer tutur. Çexiya ilə münasibətlər də bu baxımdan yalnız ikitərəfli gündəlik deyil, daha geniş geosiyasi məzmun daşıyır. Keçirilən görüşlərdə regional və qlobal məsələlər ətrafında fikir mübadiləsinin aparılması göstərir ki, tərəflər münasibətlərə yalnız iqtisadi və texniki prizmadan baxmırlar. Bu dialoq həm də beynəlxalq proseslərə dair baxışların yaxınlaşması deməkdir. Xüsusilə bugünkü mürəkkəb geosiyasi şəraitdə belə yaxınlaşma siyasi tərəfdaşlığın keyfiyyət göstəricisidir.”
Bu fikirləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov səsləndirib.
Deputat qeyd edib ki, Azərbaycanın son illər beynəlxalq proseslərdə artan rolu, regional təşəbbüsləri və balanslaşdırılmış diplomatiyası ölkəni Avropa üçün mühüm tərəfdaşa çevirib: “Çexiya ilə münasibətlərin dinamizmi də məhz bu reallığın nəticəsidir. Burada diqqət çəkən məqam odur ki, tərəfdaşlıq təkcə mövcud maraqlara əsaslanaraq deyil, həm də gələcək perspektivlər üzərində qurulur. Bu baxımdan Prezident İlham Əliyevin bəyanatında Hökumətlərarası Komissiyanın fəaliyyətinin yenidən intensivləşdirilməsi ilə bağlı yer alan mesajlar xüsusi önəm daşıyır. Bu, münasibətlərin institusional dayanıqlılıq mərhələsinə keçdiyini göstərir. Məhz belə mexanizmlər uzunmüddətli strateji tərəfdaşlıqların əsasını formalaşdırır. Azərbaycan–Çexiya münasibətlərində artan siyasi etimadın başqa mühüm göstəricisi əməkdaşlığın eyni zamanda bir neçə istiqamətdə paralel inkişaf etməsidir. Siyasi dialoq, iqtisadi layihələr, enerji təhlükəsizliyi və müdafiə sənayesi üzrə əməkdaşlıq vahid strateji platforma yaradır. Bu isə klassik diplomatik münasibətlərdən daha yüksək modeldir. Bu səfərin siyasi mahiyyəti həm də Avropa ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələsini göstərməsindədir. Azərbaycan artıq yalnız enerji resursları ilə maraq doğuran ölkə kimi deyil, geosiyasi proseslərdə söz sahibi olan etibarlı tərəfdaş kimi qəbul edilir. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl xarici siyasət kursunun nəticəsidir. Çexiya ilə münasibətlərdə dostluq və qarşılıqlı etimad amilinin ön plana çıxması təsadüfi deyil. Çünki bu gün dünyada sabit və davamlı tərəfdaşlıqlar məhz bu təməl üzərində qurulur. Qəbələdə verilən mesajlar göstərdi ki, bu münasibətlər situativ maraqlara deyil, uzunmüddətli strateji baxışa söykənir. Bütün bunlar onu deməyə əsas verir ki, Andrey Babişin səfəri Azərbaycan–Çexiya münasibətlərində yeni mərhələnin siyasi konturlarını müəyyən edən mühüm hadisə idi. Bu mərhələ isə qarşılıqlı etimad, institusional əməkdaşlıq və strateji yaxınlaşma üzərində formalaşır. Azərbaycan bu münasibətlərdə yenə təşəbbüskar və etibarlı tərəfdaş kimi çıxış edir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-04-2026