İkardi "Qalatasaray"dan getdi
Tarix: 16-07-2026 | Saat: 10:50
Bölmə:İdman | çapa göndər

Türkiyənin "Qalatasaray" klubu argentinalı hücumçu Mauro İkardi ilə yollarını ayırdığını emosional paylaşım vasitəsilə açıqlayıb.
aia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi sosial şəbəkə hesabında futbolçuya ünvanlanan vida məktubu yayımlayaraq onun klub tarixində xüsusi yer tutduğunu vurğulayıb. Paylaşımda Mauro İkardinin yalnız qazandığı titullarla deyil, həm də azarkeşlərin qəlbində yaratdığı izlə yadda qalacağı qeyd olunub.
Klub bəyan edib ki, argentinalı forvard artıq "Qalatasaray" formasını geyinməsə də, göstərdiyi xidmətlər və qazandırdığı uğurlar sayəsində komandanın unudulmaz əfsanələri sırasında qalacaq. Məktubda onun vurduğu qollar, bombardirlikləri, rekordları və qazandığı kuboklarla yanaşı, milyonlarla azarkeşə "Qalatasaray" sevgisini aşıladığı da xüsusi vurğulanıb.
Qeyd edək ki, Mauro İkardi 2022-ci ilin yayında PSJ-dən icarə əsasında "Qalatasaray"a transfer olunmuşdu. Bir il sonra İstanbul klubu futbolçunun transfer hüquqlarını tam əldə etmişdi. Argentinalı hücumçu klubdakı dörd mövsümü ərzində 4 dəfə Türkiyə çempionluğu, 2 Türkiyə Superkuboku və 1 Türkiyə Kuboku qazanaraq komandanın uğurlarında mühüm pay sahibi olub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-07-2026
11:40 Haluk Levent həbs edildi
15-07-2026