Mobil versiya
Sevdiyi qadına görə hər şeyini satdı, 2100 kilometr yol getdi – Həqiqəti öyrənəndə şoka düşdü
Tarix: 19-10-2026 | Saat: 18:39
Bölmə:Özəl | çapa göndər

Sevdiyi qadına görə hər şeyini satdı, 2100 kilometr yol getdi – Həqiqəti öyrənəndə şoka düşdü



Braziliyada 49 yaşlı kişinin sosial şəbəkədə tanış olduğu qadına görə atdığı addım gözlənilməz sonluqla nəticələnib. Sevgilisinə qovuşmaq üçün bütün əşyalarını satan kişi 2100 kilometr yol qət etdikdən sonra onun süni intellektlə yaradılmış virtual obraz olduğunu öyrənib.

Martins adlı şəxs anasının ölümündən sonra özünü tənha hiss etdiyini və sosial şəbəkədə tanış olduğu “Jessica” adlı qadına bağlandığını bildirib. O, yeni həyat qurmaq ümidi ilə sahib olduğu əşyaları sataraq qadının yaşadığını düşündüyü şəhərə yollanıb.

Şəhərə çatdıqdan sonra Martins küçə-küçə gəzərək qadını axtarıb, hətta yerli radiodan kömək istəyib. Lakin araşdırma nəticəsində 300 mindən çox izləyicisi olan hesabdakı “Jessica”nın real insan olmadığı üzə çıxıb.

Məlum olub ki, qadının görüntüləri süni intellekt vasitəsilə yaradılıb və hesab kommersiya məqsədilə idarə olunur. Hesabın sahibi isə Martinsə heç bir şəxsi dəvət göndərilmədiyini bildirib.

Bütün pulunu səfərə xərcləyən kişi geri qayıtmaq üçün vəsaitsiz qalıb. Yerli bələdiyyə ona yaşadığı şəhərə dönməsi üçün avtobus bileti verib.

Yaşadığı böyük məyusluğa baxmayaraq, Martins gələcəkdə həqiqi sevgini tapacağına ümid etdiyini söyləyib.

Hadisə sosial şəbəkələrdə süni intellektlə yaradılan obrazların real insanlardan fərqləndirilməsinin nə qədər vacib olduğunu bir daha gündəmə gətirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-10-2026