Azər Kərimli: “Qubadlının dirçəlişi tarixi Zəfərimizin davamıdır”
Tarix: 19-10-2026 | Saat: 18:30
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı 44 günlük Vətən müharibəsi xalqımızın tarixinə şanlı Zəfər salnaməsi kimi yazılıb. Həmin müharibənin gedişində qazanılan mühüm qələbələrdən biri də 25 oktyabr 2020-ci il tarixində Qubadlı şəhərinin işğaldan azad edilməsi oldu. Düşmənin güclü istehkamlar qurmasına, şəhərə hakim yüksəkliklərdə hərbi mövqelər yerləşdirməsinə baxmayaraq, Azərbaycan Ordusu yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirərək qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdi. Əvvəlcə strateji yüksəkliklər, daha sonra Xanlıq, Padar və Sarıyataq da daxil olmaqla ətraf yaşayış məntəqələri nəzarətə götürüldü. Oktyabrın 25-də Qubadlı şəhəri düşməndən təmizləndi. Noyabrın 9-dək isə rayonun 41 kəndi də işğaldan azad olundu. Bu qələbə müharibənin sonrakı gedişinə ciddi təsir göstərərək Azərbaycanın Zəfərini yaxınlaşdırdı. Qubadlının azad olunması uğrunda döyüşlərdə iştirak edən hərbçilərimizin qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət göstərmiş minlərlə hərbi qulluqçumuz bu medalla təltif olunub. Vətən müharibəsi başa çatdıqdan sonra, 2020-ci il dekabrın 23-də Qubadlıya səfər edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev şəhərdə Azərbaycan bayrağını ucaldıb. Bu hadisə dövlət suverenliyimizin bərpasının və doğma torpaqlarımızın əbədi olaraq öz sahiblərinə qayıtmasının rəmzinə çevrilib. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabrın Qubadlı şəhəri günü kimi təsis edilməsi isə bu tarixi hadisənin milli yaddaşımızda yaşadılmasına xidmət edir”.
Bu fikirləri Milli Məclisin deputatı Azər Kərimli Qubadlı şəhəri günü münasibətilə aia.az-a verdiyi açıqlamasında bildirib.
Parlament üzvü qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq tədbirləri Qubadlının da yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edir: “Vətən müharibəsindən sonra azad edilmiş torpaqlarımızda müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması və əhalinin doğma yurdlarına qayıdışının təşkili istiqamətində ardıcıl tədbirlər görülür. Qubadlıda aparılan işlər də bu strategiyanın mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin rayona müntəzəm səfərləri görülən işlərin gedişinə nəzarət, yeni layihələrin icrasına təkan və qarşıya qoyulan vəzifələrin yerində qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının Qubadlıya səfərləri zamanı Xanlıq-Qubadlı avtomobil yolunun təməli qoyulub, sistem əhəmiyyətli “Qubadlı” yarımstansiyası istifadəyə verilib. Şəhərdə ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin və 91 çarpayılıq Mərkəzi Xəstəxananın, eləcə də Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri keçirilib. Bu layihələr rayonun sosial infrastrukturunun yenidən qurulmasına, sakinlərin rahat yaşayışı üçün zəruri şəraitin yaradılmasına xidmət edir.
Qubadlının gələcək inkişafı uzunmüddətli planlaşdırma əsasında həyata keçirilir. 2025-ci il sentyabrın 9-da şəhərin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Sənəddə şəhərin perspektiv inkişaf istiqamətləri, yaşayış və ictimai məkanların təşkili, infrastrukturun genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, rayonun elektrik enerjisi ilə dayanıqlı təminatı üçün müasir enerji infrastrukturu yaradılıb, yeni avtomobil yollarının tikintisinə başlanılıb. Qubadlı-Eyvazlı və Qubadlı-Laçın istiqamətlərində həyata keçirilən layihələr nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına və iqtisadi fəallığın artmasına imkan verəcək. İşğal dövründə Qubadlının təbii sərvətlərinə, meşələrinə və tarixi-mədəni irsinə ciddi ziyan vurulub, yaşayış məntəqələri ilə yanaşı, rayonun turizm potensialını formalaşdıran məkanlar da dağıntılara məruz qalıb. Bu gün qarşıda duran vəzifələrdən biri həmin potensialın bərpası, Qubadlının təbii gözəlliklərinin və zəngin irsinin gələcək nəsillərə çatdırılmasıdır. Rayonun əlverişli coğrafi mövqeyi, təbii ehtiyatları və münbit torpaqları onun iqtisadi həyatının yenidən canlandırılması üçün geniş imkanlar yaradır. Qubadlıda görülən işlər yalnız dağıdılmış obyektlərin bərpası ilə məhdudlaşmır. Burada müasir şəhər mühitinin yaradılması, kəndlərin yenidən qurulması, məşğulluq imkanlarının genişləndirilməsi və Böyük Qayıdışın təmin edilməsi vahid məqsəd ətrafında birləşir. Tarixi Zəfər nəticəsində azadlığına qovuşan Qubadlı bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq siyasəti sayəsində yeni inkişaf yoluna qədəm qoyur”, – deyə Azər Kərimli fikirlərini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-10-2026
14:05 Bakıda güclü külək əsir