Bakının mərkəzində tikinti şirkəti "at oynadır" - "Vialon" qanundan üstündür?
Tarix: 19-10-2026 | Saat: 22:33
Bölmə:Ölkə | çapa göndər

Paytaxtın Nəsimi rayonunda baş verən tikinti şirkətinin özbaşınalığı bütün əndazəıəri aşıb. Bir müddət əvvəl yanğın fəlakəti az qala onlarca sakinin həyatına son qoyacaqdı. Hadisə yerinə gələn xilasedicilər alovun qarşısını almaq üçün vaxtla yarışmaq və balta ilə xüsusi dəliklər açmaq məcburiyyətində qalıblar.
Həmin gün Nəsimi rayonu, Ağadaş Qurbanov küçəsi 23 ünvanında yerləşən yaşayış evlərindən birində qəfildən dəhşətli yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 yanğınsöndürmə avtomaşını cəlb olunub. Lakin xüsusi təyinatlı iri qabaritli maşınlar küçənin daxilinə keçə bilməyib və məcburi olaraq girişdə dayanmalı olublar.
Alovun digər evlərə sıçraması riskinin saniyələr içində artdığı gərgin dəqiqələrdə xilasedicilər uzun su şlanqlarını küçə boyunca sürüyərək aparmağa məcbur qalıblar. Daxilə yol tapmaq mümkün olmadıqda isə yanğınsöndürənlər əllərinə balta alaraq maneələri çapmağa və xüsusi nəfəslik dəliyi açaraq su şlanqlarını içəri ötürməyə çalışıblar. Sakinlərin sözlərinə görə, bu dramatik vaxt itkisi faciənin miqyasını az qala böyüdəcəkdi.

Sakinlərin həyəcanlı müraciətindən:"O gecə böyük bir faciənin qapısından alındı. Alov sürətlə yayılırdı, xilasedicilər isə içəri keçə bilmək üçün baltalarla yol açmağa çalışırdılar. Hər saniyə həyatımızla oynayırdı".
Böyük faciyəyə yol açmaq gücündə olan bu yanğın hadisəsi ərazidəki ciddi infrastruktur və təhlükəsizlik problemlərini aktuallaşdırıb. Xilasetmə əməliyyatına mane olan əsas səbəb ərazidə vaxtilə tikinti işləri aparmaq istəyən "Vialon" MMC tərəfindən çəkilmiş 2 metrlik hündür dəmir hasarlar olub.
Vaxtilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən şirkətə verilmiş sərəncam artıq məhkəmə tərəfindən ləğv edilib. Məhkəmə Ağadaş Qurbanov küçəsi 23 ünvanına münasibətdə sərəncamı etibarsız hesab etsə də, ərazidəki hündür dəmir divarlar hələ də sökülməyib. Yanğın zamanı xilasedicilərin qarşısını kəsən də məhz bu sökülməyən barrierlər olub.
Bu maneələr təkcə fövqəladə hallarda deyil, gündəlik həyatda da sakinləri təhlükəyə atır. Güclü xəzri əsən zaman qopan dəmir parçaları küçədən keçənlər üçün təhlükə yaradır.

Sakin Ramin Ağazadənin bildirdiyinə görə, mənzillərdəki körpə uşaqlar pəncərəni açarkən günəş işığı əvəzinə qara dəmir divarla qarşılaşırlar. Baş verən dəhşətli yanğın fəlakətindən sonra səbr kasası daşan sakinlər artıq aidiyyəti qurumlardan kəsərli addımlar gözləyirlər. Bir neçə gün əvvəl BŞİH başçısı Eldar Əzizova rəsmi müraciət edən mahalla sakinləri bildirirlər ki, əgər təhlükəsizliyə təhdid yaradan bu vəziyyət aradan qaldırılmazsa, növbəti yanğın riskini gözləmədən öz hüquqlarını qoruyacaqlar.
Eyni zamanda, Nəsimi rayon sakinləri baş vermiş yanğın təhlükəsini və məhkəmə qərarının icra olunmamasını nəzərə alaraq ölkə rəhbərliyinə təcili müraciət hazırladıqlarını bildiriblər. Sakinlər inanırlar ki, insan həyatını birbaşa riskə atan bu özbaşınalığa və təhlükəsizlik qaydalarının pozulmasına yalnız ölkə rəhbərliyinin birbaşa müdaxiləsindən sonra son qoyulacaq.musavat.com
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-10-2026