Göydəniz Qəhrəmanov: “Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınması yeni kommersiya imkanları yarada bilər”
Tarix: 23-11-2026 | Saat: 14:06
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin iqtisadi gücü yalnız malik olduqları təbii resurslar və istehsal imkanları ilə deyil, həm də həmin potensialı regional və qlobal əməkdaşlıq şəbəkələrinə inteqrasiya etmək bacarığı ilə müəyyənləşir. Bu baxımdan Azərbaycanın son illərdə formalaşdırdığı nəqliyyat-logistika infrastrukturu, enerji təhlükəsizliyinə verdiyi töhfə və beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət ölkəmizin strateji əhəmiyyətini əhəmiyyətli dərəcədə artırıb.”
Bu fikirlər millət vəkili Göydəniz Qəhrəmanovun aia.az-a açıqlamasında yer alıb.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər bu reallıqların Azərbaycan-Vyetnam münasibətlərinin iqtisadi gündəliyində də mühüm yer tutduğunu göstərir: “Dövlət başçısının diqqətə çatdırdığı kimi, 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstərici tərəflərin real imkanlarının yalnız müəyyən hissəsini əks etdirir. Deməli, qarşıda duran əsas vəzifə münasibətlərin siyasi müstəvidə əldə etdiyi yüksək səviyyəni iqtisadi nəticələrlə daha da zənginləşdirmək, qarşılıqlı ticarətin strukturunu genişləndirmək və sahibkarlar üçün yeni əməkdaşlıq platformaları yaratmaqdır. Bu məqsəd hər iki dövlətin iqtisadi maraqlarına uyğundur. İqtisadi gündəliyin mühüm istiqamətlərindən biri enerji sektorunda ənənəvi əməkdaşlığın yeni layihələrlə genişləndirilməsidir. Müsahibədə SOCAR ilə Vyetnam Milli Neft və Qaz Şirkəti – PetroVietnam arasında əlaqələrin dərinləşdirilməsinə xüsusi diqqət ayrılması təsadüfi deyil. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, habelə mütəxəssis hazırlığı sahələrini əhatə edir. Vyetnam biznesinin Azərbaycanda iştirakı da qarşılıqlı investisiya maraqlarının artdığını göstərir. “ROX Group”un tikinti, infrastruktur, Günəş və külək enerjisi sahələrində layihələrə maraq göstərməsi, 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müvafiq sənədlərin imzalanması əhəmiyyətlidir.”
Fikirlərini davam etdirən Parlament üzvü bunu da deyib ki, Azərbaycanın coğrafi mövqeyi və infrastrukturu isə tərəfdaşlığın daha geniş iqtisadi miqyas qazanmasına şərait yaradır: “Prezident İlham Əliyevin ölkəmizi Cənubi Qafqazın əsas logistika və energetika habı kimi səciyyələndirməsi bu imkanların regional sərhədləri aşdığını göstərir. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi Avropa-Asiya yükdaşımalarının şaxələndirilməsi üçün mühüm vasitədir. Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin bu marşrutlarla daşınması yeni kommersiya imkanları yarada bilər. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötməsi Azərbaycanın bu sahədə artan rolunu təsdiqləyir. Əməkdaşlığın perspektivləri neft-qaz və tranzitlə məhdudlaşmır: sənaye, kənd təsərrüfatı və bərpaolunan enerji sahələrində birgə təşəbbüslər iqtisadi münasibətləri şaxələndirə bilər. Vyetnamın Cənub-Şərqi Asiyada inkişafı, Azərbaycanın Avrasiya məkanındakı bağlantı imkanları tərəflərin üstünlüklərini tamamlayır və yeni bazarlara çıxış imkanlarını genişləndirir. Qarşıdakı rəsmi səfər bu potensialın konkret layihələrə çevrilməsinə, biznes dairələrinin fəallığının artmasına və uzunmüddətli iqtisadi planlaşdırmaya yeni təkan verə bilər” – deyə Göydəniz Qəhrəmanov fikirlərini sona çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-11-2026