Mobil versiya
ABŞ-dan deportasiya edilən immiqrantlar bu ölkədə yerləşdiriləcək!
Tarix: 11-06-2025 | Saat: 20:00
Bölmə:Özəl | çapa göndər

ABŞ-dan deportasiya edilən immiqrantlar bu ölkədə yerləşdiriləcək!

Kosovo hökuməti Tramp administrasiyası tərəfindən deportasiya edilməli olan 50 immiqrantın müvəqqəti olaraq Kosovoda yerləşdiriləcəyini açıqlayıb.
Kosovo hökuməti ABŞ-ın tələbinə uyğun olaraq ölkədən deportasiya edilən maksimum 50 nəfərin bir il ərzində müvəqqəti olaraq Kosovoya yerləşdiriləcəyini və bu insanların öz vətənlərinə göndəriləcəyini açıqlayıb.

Kosovo hökuməti ABŞ prezidenti Donald Trampın deportasiya edəcəyi miqrantların qəbulu tələbini təsdiqlədiklərini açıqlayıb. Kosovo Hökumətinin sözçüsü Perparim Kryeziu açıqlamasında bu prosesin müəyyən şərtlər daxilində reallaşacağını ifadə edərək, "Bu insanlar qanunun aliliyi və ictimai asayişlə bağlı kriteriyalara cavab verdikləri müddətcə qəbul olunacaqlar. Proseslə bağlı ətraflı məlumat yaxın günlərdə paylaşılacaq" dedi.

Kryeziu, ABŞ ilə əldə olunan razılaşma çərçivəsində bir il ərzində maksimum 50 nəfərin Kosovoya müvəqqəti məskunlaşdırılacağını və məqsədin bu insanların təhlükəsiz şəkildə vətənlərinə qaytarılması olduğunu, razılaşmanın şərtlərinə görə Kosovo hökumətinin də müəyyən kriteriyalara uyğun olaraq təklif edilən şəxsləri seçmək hüququna malik olacağını bildirib.
ABŞ-ın Kosovonun sarsılmaz müttəfiqi olduğunu vurğulayan Kryeziu, "Onilliklərdir davam edən ortaqlığımız ortaq dəyərlərə və əməkdaşlığa əsaslanır. ABŞ-ın xüsusilə Avro-Atlantik inteqrasiya yolunda dəstəyini çox dəyərli görürük" dedi.

Avropanın 1,6 milyon əhalisi olan ən gənc ölkəsi olan Kosovo da 2027-ci ildə qüvvəyə minəcək oxşar müqaviləni Danimarka ilə imzalayıb.İmzalanan müqaviləyə əsasən, Kosovo Danimarkadan 300 məhbusu qəbul edəcək və bunun müqabilində qarşıdakı 10 il ərzində 210 milyon avro ödəniş alacaq. Kosovo Danimarka ilə bağladığı razılaşmaya əlavə olaraq İngiltərədən deportasiya edilən insanları da qəbul edəcəyini açıqlayıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-06-2025