Lukaşenko gənclərə kartofun harada bitdiyini söylədi
Tarix: 17-06-2025 | Saat: 18:20
Bölmə:Özəl | çapa göndər

Belarus prezidenti Aleksandr Lukaşenko gənclərə işləməyi öyrətməyə çağırıb ki, onlar kartofun internetdə deyil, tarlada bitdiyini başa düşsünlər. Onun sözlərini Belta sitat gətirir.
Lukaşenko qeyd edib ki, indiki gənclərin əvvəlki nəsillər kimi işləyəcəyinə inananlar yanılır və özlərini aldadırlar.
"Olmayacaq. Bu, başqa gənclikdir. Fikirləşiblər ki, kartof internetdə böyüyür. Məlum oldu ki, kartof internetdə bitmir, tarlada böyüyür", - o, kənd təsərrüfatı ilə bağlı keçirilən qonaq seminar-konfransında əlavə edib.
Bu baxımdan Belarus Prezidenti bugünkü gəncləri əməyə alışdırmağın vacibliyini vurğulayıb.
"Niyə hamımız gəzib sızıldayırıq ki, bizdə nəsə çatışmır. Ola bilsin ki, mən retrograd və mühafizəkar kimi düşünürəm, amma həyatda başqa heç nə ağlımıza gətirməmişik: nəyəsə sahib olmaq üçün gərək çox çalışmalısan. Çox çalışmasaq, pis olacaq. Gəncliyimiz buna öyrəşməyib. Əgər fikirləşirsənsə, bunları danışaraq öyrəşdirəcəyik".
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-06-2025