Slovakiya prezidenti Fikonun neytrallıq barədə sözlərinə cavab verib
Tarix: 17-06-2025 | Saat: 18:54
Bölmə:Özəl | çapa göndər

Slovakiyanın baş naziri Robert Fikonun neytrallığın ölkəyə daha çox yaraşacağı ilə bağlı sözləri onun şəxsi fikridir. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu açıqlama ilə respublika prezidenti Piter Pelleqrini çıxış edib.
Əvvəllər Fiko bildirib ki, ölkələr tərəfindən mənasız şəkildə hərbi arsenalların yığılması zamanı neytrallıq Slovakiya üçün çox faydalı olacaq. Baş nazir bu məsələnin həllinin ondan asılı olmadığına da təəssüfləndiyini bildirib.
"Mən bu bəyanatı onun şəxsi fikri, cənab Fikonun ekspert olduğu təxribat ideyası hesab edirəm", - Pelleqrini baş nazirin sözlərini şərh edib.
Xatırladaq ki, Slovakiya 2004-cü ildən NATO-nun üzvüdür. Alyansın iyunun sonunda Haaqada keçiriləcək sammiti fonunda Pelleqrini respublikanın müdafiə xərclərinin mümkün artırılması məsələsini qaldırıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-06-2025