Mobil versiya
Gürcüstan Almaniya səfirini “siyasi pedofiliya”da ittiham edir
Tarix: 17-06-2025 | Saat: 19:27
Bölmə:Özəl | çapa göndər

Gürcüstan Almaniya səfirini “siyasi pedofiliya”da ittiham edir
Gürcüstanın “Xalq Gücü” müxalifət hərəkatının üzvü, analitik David Kartvelişvili Almaniyanın Gürcüstandakı səfiri Peter Fişerin məktəblilərlə “Müxtəlifliklər birləşdirir” mövzusunda Avropa İttifaqı ilə bağlı söhbətini tənqid edib. Bu barədə “Vzqlyad” qəzeti məlumat yayıb.
Fişerin sözlərinə görə, o, gürcü məktəbliləri, eləcə də onların ölkədəki ukraynalı həmyaşıdları ilə görüşüb və onlara izah edib ki, “Aİ-də heç kim öz mədəni ənənələrindən əl çəkmir”.

O, həmçinin bildirib ki, “uşaqlar bu idealları sevirlər”, ona görə də “çılğın anti-Avropa təbliğatı onlara təsir etmir”.

"Mən bunu ancaq "siyasi pedofiliya" və gürcülər üçün ağrılı mövzuda düşünülmüş təxribat adlandıra bilərəm. Sanki Fişer bizim hakimiyyəti və xalqımızı sınaqdan keçirir - sadəcə məni ölkədən qovmağa çalışın", - Kartvelişvili öz bəyanatını şərh edib.
Ötən gün parlamentin mədəniyyət komitəsinin sədri Giorgi Qabunia bildirib ki, Gürcüstanda radikal müxalifəti dəstəkləyən avropalı səfirlər istefa verməlidir.

O, ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Robin Danniqanın vəzifəsini tərk etməklə düzgün qərar verdiyini vurğulayıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-06-2025