Trampın Xamneyinin sıradan çıxarılması ilə bağlı mövqeyi məlum olub
Tarix: 17-06-2025 | Saat: 19:32
Bölmə:Özəl | çapa göndər

Axios portalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İsrail kəşfiyyat xidmətlərinin İranın ali dini lideri Ayətullah Əli Xamneyini öldürmək ideyasını dəstəkləməyib.
İsrail və İran arasındakı münaqişə fonunda Qərb mediası İsrail kəşfiyyat xidmətlərinin təkcə iranlı komandirlərin deyil, həm də ruhani liderinin aradan götürülməsini nəzərdə tutan ssenariləri nəzərdən keçirdiyini yazıb. Onların sözlərinə görə, ABŞ rəhbəri təhlükəsizlik qüvvələrinin planlarına veto qoyub.
Portal Trampın sözlərindən sitat gətirir: “Bu, tanımadığınız ayətullaha qarşı tanıdığınız ayətullahdır”.
Mənbə qeyd edib ki, İranda hakimiyyət dəyişikliyi ABŞ-dan daha çox İsrail üçün faydalıdır.
Bundan əvvəl baş nazir Benyamin Netanyahu etiraf etmişdi ki, o, Əli Xamneyini məhv etməyə cəhd edəcəyi ssenarini istisna etmir.
“Bu [liderin aradan qaldırılması] münaqişənin eskalasiyasına gətirib çıxarmayacaq, əksinə münaqişəyə son qoyacaq”, - hökumət başçısı izah edib.
Jurnalistlərin İsrailin həqiqətən də ali lideri hədəf alacaq-olmaması ilə bağlı sualına baş nazir “biz nə lazımdırsa onu edirik” deyə cavab verib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-06-2025