Mobil versiya
Rusiya Xarici İşlər Nazirliyi Karapetyanla bağlı vəziyyəti şərh edib.
Tarix: 17-06-2025 | Saat: 21:35
Bölmə:Özəl | çapa göndər

Rusiya Xarici İşlər Nazirliyi Karapetyanla  bağlı vəziyyəti şərh edib.
Moskva rusiyalı biznesmen Samvel Karapetyan ətrafında vəziyyəti izləyir və ona köməklik göstəriləcək. Bunu TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Bundan əvvəl Karapetyanın Ermənistandakı evində axtarış aparıldığı bildirilirdi. Ehtimal olunur ki, buna biznesmenin Erməni Apostol Kilsəsini müdafiə edən açıqlamaları səbəb olub. Xüsusilə, o, “kiçik bir qrup insan Ermənistanın və kilsənin min illik tarixini unudaraq ÜAK-a hücuma keçdiyini” bildirib. Ermənistanın baş naziri Nikol Paşinyan Karapetyanın açıqlamalarını Ermənistanın yurisdiksiyasına etinasızlıq adlandırıb.

Ermənistan polisi rusiyalı milyarderin evində axtarışlara başlayıb

"Moskva İrəvanda qəribə bəhanələrlə həbs olunacağı ilə hədələnən Rusiya vətəndaşı Karapetyan ətrafında vəziyyəti diqqətlə izləyir. Biz ona lazımi yardımı göstərəcəyik ki, onun bütün qanuni hüquqlarına riayət olunsun", - Zaxarova bunu şərh edib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-06-2025