Mobil versiya
Ölkə üzrə 48 nəfər cinayət şübhəsi ilə saxlanılıb
Tarix: 10-07-2025 | Saat: 10:16
Bölmə:Ölkə | çapa göndər

Ölkə üzrə 48 nəfər cinayət şübhəsi ilə saxlanılıb

İyulun 9-da Azərbaycan ərazisində qeydə alınan 41, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aia.az-a bildirilib ki, həmin gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Bundan əlavə, axtarışda olan 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin gün narkotiklərlə əlaqədar 20, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 10 fakt müəyyən edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-07-2025