Böyük Britaniya və Fransa birgə nüvə tədqiqatları, təlimlər və sınaqlar keçirəcək
Tarix: 10-07-2025 | Saat: 17:10
Bölmə:Özəl | çapa göndər

Böyük Britaniyanın müdafiə naziri Con Healey bildirib ki, Böyük Britaniya və Fransa nüvə tədqiqatları, təlimlər və sınaq sahəsində əməkdaşlıq üzrə birgə iş aparacaqlar.
Healey Sky News-a Fransa prezidenti Emmanuel Makronun Böyük Britaniyaya səfəri və potensial qarşılıqlı müdafiə addımları barədə danışıb.
Healey Londonda bugünkü Fransa-Böyük Britaniya Sammitinin Böyük Britaniyanın 2020-ci ildə Avropa İttifaqından (AB) çıxmasından sonra bir Avropa ölkəsi ilə keçirilən ilk zirvə olduğunu izah etdi. O, "Ən qədim müttəfiqimiz olan Fransa ilə hər zaman sıx hərbi əməkdaşlıq etmişik. Nüvə tədqiqatları, təlimlər və sınaqlar sahəsində əməkdaşlığın koordinasiyası üzərində də çalışacağıq" dedi.
Healey, həmçinin artan təhdidlər qarşısında çəkindirmə qabiliyyətini artırmaq üçün koordinasiya etdiklərini ifadə edərək, Avropanın onlara ehtiyacı olarsa, 50.000 əsgərin gözləmə rejimində olduğunu vurğuladı.
Böyük Britaniya və Fransanın hərbi güclərini, istehsal imkanlarını və iqtisadiyyatlarını Avropanı müdafiə etmək üçün istifadə etdiklərini qeyd edən Healey açıqlamalarına əlavə olaraq, Müdafiə Nazirliyi iki ölkə arasında hərbi əməkdaşlıqla bağlı açıqlama da yayıb.
Nazirliyin yazılı açıqlamasında iki ölkənin nüvə əməkdaşlığını və çəkindirmə qabiliyyətini artırmaq öhdəliyi vurğulanaraq, "Fransa və Böyük Britaniyanın həyati maraqlarını təhdid edən düşmənlər hər iki ölkənin nüvə qüvvələri ilə qarşılaşa bilər. İki ölkə arasında nüvə tədqiqatları sahəsində əməkdaşlıq gücləndiriləcək və beynəlxalq nüvə silahsızlanması arxitekturasını qorumaq üçün birlikdə çalışacağıq" ifadələri işlədilib.
Bəyanatda həmçinin qeyd olunub ki, Böyük Britaniya və Fransa Avropada yeganə nüvə gücləridir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-07-2025
12:27 Sabah yenə yağış yağacaq