Mobil versiya
Özbaşına tikilinin sökülməsi ilə əlaqədar mübahisələrdə əsas məqamlar - Aysu Nəbizadə yazır
Tarix: 10-07-2025 | Saat: 16:54
Bölmə:Gündəm | çapa göndər

Özbaşına tikilinin sökülməsi ilə əlaqədar mübahisələrdə əsas məqamlar

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikili üzərində şəxs sərəncəm səlahiyyətini həyata keçirə- sata, bağışlaya bilməz. Lakin qanunverici şəxsə hüquq verir ki, həmin torpaq sahəsi onun mülkiyyətindədirsə, mülkiyyət hüququ tanınsın. Təbii ki, burada bir sıra faktorlar-digər şəxslərin həyatı sağlamlığı üçün tikilinin təhlükə yaradıb-yaratmaması kimi hallar nəzərə alındıqdan sonra bu hüququn tanınması mümkündür.

Bəs özbaşına tikilinin sökülməsini tələb etmək hüququ olan şəxslər kimlərdir? Maraqlı tərəf kimdir?

-Müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəf.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsindən görünür ki, lazımi icazələr almadan tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Müvafiq maddədə əsas mübahisəli məsələ “maraqlı tərəf” anlayışı düzgün təfsir olunmamasıdır. Belə ki, məhkəmə təcrübəsi göstərir ki, söküntü ilə bağlı mübahisələrdə məhkəməyə daha çox müraciət edən vətəndaşlardır. Məhkəmələr isə maraqlı tərəf kimi daha çox əşya hüquqları olan şəxsləri tanıyırlar. Bu isə iddiaların təmin olunmamasına səbəb olur. Halbuki maraqlı tərəf dedikdə, özbaşına tikilinin sökülməsi ilə onun hər hansı hüquq və mənafeyinin təmin ediləcəyi şəxs nəzərdtutulmalıdır.

Daha sonra özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi şəxsin mülkiyyətindədirsə, iddianın rədd edilməsi üçün əsas ola bilərmi?

Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

Bu cür iddialarda özbaşına tikilinin başqa şəxslərin hüquqlarının pozulmadığı və həyatı sağlamlığı üçün təhlükə yaratmadığını sübutetmə yükü cavabdehin üzərinə düşür. Əgər mülkiyyətçi cavabdeh mülkiyyət hüququnun tanınması barədə iddia verməyibsə də, həmin tikintinin təhlükəsizlik qaydalarına uyğun inşa edildiyini, metal konstruksiyaların uçması, qopması və ya aşması təhlükəsinin olmadığını, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına əməl edildiyinitəsdiq edən sübut təqdim edə bilmirsə, özbaşına tikili sökülməlidir.

Özbaşına tikilinin yerləşdiyi ərazidə yaşayan iddiaçının yaşadığı evə mülkiyyət hüququnu təsdiq edən sənədin olmasına ehtiyac varmı?

Qanunverici iddiaçılara dair hər hansı təsdiqedici sənədin olmasını tələb edir. Bu baxımdan iddiaçının yaşadığı evə dair hüquqmüəyyənedici sənədin olmaması iddianın rədd edilməsinə əsas ola bilməz. Burada hesab edilir ki, iddiaçının həmin yerdə yaşaması faktı kifayətdir. Çünki təhlükəsiz yaşamaq hüququnun müdafiə olunması Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsində nəzərdə tutulmuşdur.

Özbaşına tikilinin yerləşdiyi ərazidə neft-qaz hasilatının aparılması hallarında tikilinin sökülməsi ilə bağlı məsələlər necə tənzimlənir?

Məhkəmə praktikasına əsasən , “məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməlidirlər. İcra müddətinin göstərilməsinin zəruriliyi ilə bağlı qənaətə gəlindiyi halda isə, məhkəmələr qətnamənin nəticə hissəsində “Qətnamə həmjnərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin” məzmununda bənd əlavə edə bilərlər.

Formalaşmış praktika müəyyən edir ki, bu qəbildən olan mübahisələrdə özbaşına tikilinin sökülməsinə səbəb olan tədbirin həyata keçirilmə tezliyini, təcililiyi qiymətləndirməkzəruridir. Əks halda özbaşına tikili olsa belə vətəndaşa edilən müdaxilə adekvat xarakter daşımayacaqdır.

Aysu Nəbizadə
Hüquqşünas





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-07-2025