Mobil versiya
Ərdoğana generallarla bağlı yeni səlahiyyət verilir
Tarix: 10-07-2025 | Saat: 13:19
Bölmə:Karusel / Dünya | çapa göndər

Ərdoğana generallarla bağlı yeni səlahiyyət verilir

Türkiyədə Xüsusi Qüvvələr Komandanlığına təyin olunan quru qoşunları və hərbi dəniz qüvvələrinin generallarının yaş həddi 67-yə qaldırılacaq.

aia.az “Sözcü”yə istinadən xəbər verir ki, qanunda ediləcək dəyişikliyə əsasən, Türkiyə Prezidenti bu generalların xidmətdə olma müddətini artıra biləcək.

Prezidentə veriləcək yeni səlahiyyətlə o, ordunun general və admirallarının xidmətdə olma vaxtını hər dəfə 1 il müddətə olmaqla 72 yaşa kimi artıra biləcək.

Bu müddəanın qüvvəyə mindiyi tarixdən general-mayor, kontr-admiral, briqada generalı rütbələrinə malik şəxslərin general-leytenant və ya vitse-admiral rütbəsinə yüksəldilməsi üçün müvafiq komanda-qərargah hazırlığı kurslarından keçməsi də tələb olunmayacaq. Belə ki, hərbi akademiyaları müvəffəqiyyətlə bitirən şəxsi heyət üzvləri komanda-qərargah hazırlığını başa vurmuş hesab ediləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-07-2025