Mobil versiya
Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Cimcimax kəndində vətəndaşlarla görüş keçirib -Fotolar
Tarix: 10-07-2025 | Saat: 12:14
Bölmə:Gündəm | çapa göndər

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Cimcimax kəndində vətəndaşlarla görüş keçirib



Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Cimcimax kəndində vətəndaşlarla görüş keçirib
Görüş zamanı sakinlərin müraciətləri dinlənilib, onları narahat edən sosial, iqtisadi və infrastruktur məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd icra nümayəndəsi, məktəb direktoru və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Vətəndaşlar əsasən kənd yolunun vəziyyəti, ictimai nəqliyyatın təşkili, örüş sahələrinin çatışmazlığı və işsizlik kimi sosial-iqtisadi məsələlərlə bağlı müraciətlər ediblər. Millət vəkili Asif Əsgərov qaldırılan problemləri diqqətlə dinləyərək, səlahiyyətləri çərçivəsində operativ həlli mümkün olan məsələlərin yerindəcə həllini təmin edib. Eyni zamanda, aidiyyəti dövlət qurumlarının səlahiyyətinə aid olan müraciətlərin müvafiq orqanlara çatdırılması və nəzarətdə saxlanılması üçün müvafiq göstərişlər verib.Qəbulda olunmuş müraciətlərə əsasən aztəminatlı ailələrə maddi yardım göstərilib.
Qeyd edək ki, dağlıq ərazidə yerləşən Cimcimax kəndində indiyədək internet şəbəkəsi mövcud olmayıb. Sakinlərin bu məsələ ilə bağlı millət vəkili Asif Əsgərova etdikləri müraciət əsasında deputat Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə birbaşa əlaqə saxlayıb. Nazirliyin rəhbərliyi məsələyə dərhal reaksiya verərək, kənddə internet şəbəkəsinin qurulmasını təmin edib. Qısa müddət ərzində internet xidmətləri kənd sakinlərinin istifadəsinə verilib. İnfrastruktur baxımından mühüm əhəmiyyət kəsb edən bu addım kənd ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.

Görüşün sonunda kənd sakinləri qeyd ediblər ki, ölkənin bütün bölgələrində olduğu kimi, ucqar dağ kəndlərində də göstərilən diqqət və qayğı onların gələcəyə olan ümidini daha da artırır. Onlar bu qayğını dövlət rəhbərliyinin vətəndaşlara olan həqiqi münasibətinin bariz nümunəsi kimi dəyərləndiriblər. Sakinlər ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirərək, ucqar kənddə belə dövlətin onların yanında olduğunu hiss etdiklərini xüsusi vurğulayıblar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-07-2025