Mobil versiya
Şad XƏBƏR: Bu ərazimizdə bəzi ailələrə yeni mənzillər veriləcək
Tarix: 10-07-2025 | Saat: 13:16
Bölmə:Ölkə | çapa göndər

Şad XƏBƏR:

Azərbaycanda müharibə əlilləri və şəhid ailələri dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə əhatələnib. Bu istiqamətdə mütəmadi olaraq sosial yönümlü tədbirlər həyata keçirilir. Onların mənzil şəraitinin və sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

aia.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu tədbirlərin davamı olaraq Gəncə şəhərində də bu kateqoriyadan olan şəxslərin mənzil şəraiti yaxşılaşdırılır.

Belə ki, əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Gəncə şəhərində
16 ədəd birotaqlı, 16 ədəd ikiotaqlı və 8 ədəd üçotaqlı mənzil veriləcək.

Sosial Xidmətlər Agentliyi artıq bir müddətdir bununla bağlı hazırlıqlara başlayıb və satınalma müsabiqəsi elan edib. Lakin ümumilikdə 40 mənzilin satın alınması ilə bağlı dəyəri 2 milyon 866 min manat proqnozlaşdırılan tender satınalmada iştirak etmək hüququ olan təchizatçıların sayının üçdən az olduğu üçün ləğv edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-07-2025