Yeni həyatın bünövrəsi
Tarix: 10-07-2025 | Saat: 10:28
Bölmə:Siyasət | çapa göndər

2020-ci il sentyabr-noyabr aylarında baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycan 30 ilə yaxın işğal altında qalan ərazilərini azad etdi. Bu tarixi Zəfər, yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də Qarabağ və Şərqi Zəngəzurda yeni həyatın, yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Müharibədən dərhal sonra Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə start verdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu strateji proses bölgənin sosial-iqtisadi dirçəlişini, dayanıqlı inkişafını və müasir şəhərsalma standartlarına uyğun yenidən qurulmasını hədəfləyir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan tikinti və bərpa işləri təkcə dağıntıların aradan qaldırılması deyil, həm də bölgənin gələcəyini formalaşdıran, yeni həyat tərzinin əsasını qoyan irimiqyaslı layihələr toplusudur.
Aytac Abbasova
YAP Laçın rayon təşkilatının 51 saylı ərazi partiya təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-07-2025
12:27 Sabah yenə yağış yağacaq