Afinadan təxminən 60 kilometr aralıda yerləşən Oroposda meşə yanğını baş verib
Tarix: 09-07-2025 | Saat: 23:29
Bölmə:Özəl | çapa göndər

Yunanıstanın paytaxtı Afinadan təxminən 60 kilometr aralıda yerləşən Oroposda baş verən meşə yanğını ilə əlaqədar bölgədə həyəcan təbili çalıb.
Yunanıstan yanğınsöndürmə briqadasının verdiyi açıqlamaya görə, Oroposdakı Asprohori qəsəbəsinin meşə və əkinçilik sahəsində yanğın baş verib.
Yanğınsöndürənlər alovla qurudan və havadan mübarizə aparıblar.
Yunanıstanın dövlət yayımı olan ERT-yə danışan Yanğınsöndürənlər Assosiasiyasının prezidenti qeyd edib ki, yanğın sıx meşədə baş verdiyi üçün onu söndürmək çətin olub.
Bu arada, yanğın Asprohoriyə yaxınlaşdıqda, Mülki Müdafiə Baş Katibliyi sakinlərin mobil telefonlarına qəza kodu göndərərək, qəsəbənin boşaldılmasını tələb edib.
Yanğından təxminən 5 kilometr aralıda yerləşən və təxminən 2400 qaçqının yaşadığı Malakas Qaçqın Düşərgəsi də yanğının yayılacağı təqdirdə təxliyə üçün hazırlanır.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər