Mobil versiya
Qazaxıstanda Mərkəzi Asiyanın ən güclü superkompüteri istifadəyə verilib
Tarix: 09-07-2025 | Saat: 21:36
Bölmə:Özəl | çapa göndər

Qazaxıstanda Mərkəzi Asiyanın ən güclü superkompüteri istifadəyə verilib
Sistem neyron şəbəkələri ilə işləmək üçün istifadə olunacaq; gələcəkdə Qazaxıstan öz AI modelini yaratmağı planlaşdırır.
Qazaxıstanda Mərkəzi Asiyanın ən güclü superkompüteri istifadəyə verilib. Sputnik Qazaxıstan xəbər verir ki, mərasimdə ölkə prezidenti Kasım-Jomart Tokayev iştirak edib.
NVIDIA H200 qrafik prosessorlarına əsaslanan sistemin təqdimatı Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinin beynəlxalq tərəfdaşlarla birgə yaradılmış yeni məlumat mərkəzində baş tutub.
"Yeni superkompüter klasteri FP8 hesablama metodundan istifadə etməklə 2 exaflop-a qədər performans təmin etmək iqtidarındadır ki, bu da onu Mərkəzi Asiya regionunda ən güclü hesablama həllinə çevirir", - nazirliyin bəyanatında deyilir.
Tokayev qeyd edib ki, superkompüterin istifadəyə verilməsi respublikada əsas sənaye sahələrinin rəqəmsallaşdırılmasında mühüm addım olacaq və rəqəmsal texnologiyaların inkişafında mühüm irəliləyiş əldə etməyə imkan verəcək.
Superkompüterə giriş neyron şəbəkə həlləri hazırlayan startaplara, universitetlərə, tədqiqat mərkəzlərinə, həmçinin dövlət və özəl şirkətlərə veriləcək. Qazaxıstanda superkompüter klasterinin yaradılması haqqında saziş BƏƏ-nin Presight şirkəti ilə respublika arasında bu ilin may ayının əvvəlində imzalanıb və bir neçə həftə sonra sistemin komponentləri Astanaya çatdırılıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-07-2025